Macarıstan səfiri Aİdə sədrliyin başlamasına həsr olunan mərasimə dəvət edilmədi
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Macarıstanın Varşavadakı səfirinin Polşanın Avropa İttifaqı (Aİ) Şurasında sədrlik müddətinin başlanması münasibətilə keçiriləcək qala-konsertə dəvətini ləğv edib.
Bakıvaxtl.az xəbər verir ki, bu barədə “TVP Info” telekanalına ölkənin Avropa İttifaqı məsələləri üzrə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetskaya bildirib.
“Biz bütün diplomatik korpusu dəvət etdik, lakin cənab nazir Sikorski Macarıstan səfirinə onun teatrda olmasının arzuedilməz olması barədə nota göndərdi”, - siyasətçi deyib. O əlavə edib ki, tədbirdə Macarıstanın Baş naziri Viktor Orban da olmayacaq.
Qeyd edək ki, Aİ Şurasına sədrlik yanvarın 1-dən etibarən, yanvarın 1-dən altı ay müddətinə Polşaya keçib. İki ölkə arasındakı vəziyyət Budapeştin Polşada axtarışda olan Ədliyyə Nazirliyinin keçmiş rəis müavini Marçin Romanovskiyə siyasi sığınacaq verməsindən sonra gərginləşib. Varşava bu addımı düşmənçilik adlandırıb və müddətsiz məsləhətləşmələr üçün Budapeştdəki səfirini geri çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 03 Yanvar 2025 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















