Macarıstan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq strateji mərhələyə keçib Dövlət katibi
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
"Macarıstan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq strateji mərhələyə keçib. Azərbaycanda istehsal olunan yaşıl enerji layihəsində iştirak etmək istəyirik. Bunun iqlim hədəflərinə uyğunluğunu nəzərdən keçiririk".
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Macarıstan Energetika Nazirliyinin energetika siyasəti üzrə dövlət katibi Mark Alfeldi-Boruss Bakı Enerji Forumunda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, təchizat marşrutlarını saxlamaq vacibdir.
“Diversifikasiya çox vacib elementdir. Bura yalnız dekarbonizasiya deyil, bərpaolunan enerji də daxildir. Biz COP29-u Paris Sazişindən sonra dönüş nöqtəsi hesab edirik. İndi aydın şəkildə müəyyən edilmiş məqsədlər və maliyyə mənbələri var. COP29-da əldə olunan nəticələrə birlikdə nail olacağıq”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 İyun 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















