Icma.az
close
up
RU
Azərbaycan Macarıstan arasında ticarət və iqtisadi əməkdaşlıq

Azərbaycan Macarıstan arasında ticarət və iqtisadi əməkdaşlıq

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi və Şərqi Avropa ölkəsi olan Macarıstanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. İki ölkə liderlərinin səmimi dostluq münasibətlərinin nəticəsi kimi Azərbaycanla Macarıstan arasında əməkdaşlıq müxtəlif istiqamətlər üzrə fəal şəkildə inkişaf edir. Macarıstanla əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq platformalarda bir-birinə dəstək göstərir, ortaq maraqlara əsaslanan siyasət yürüdür. Prezident İlham Əliyevin Baş nazir Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri və yüksək qonaqpərvərliklə qarşılanması bir daha onu nümayiş etdirdi ki, bu ölkə Azərbaycanın təkcə enerji və digər sahələrdə əsas tərəfdaşı deyil, həm də etibarlı dostudur. Macarıstan liderinin etiraf etdiyi kimi, iqtisadiyyatların çətin vaxtlarında Azərbaycan Macarıstana dəstək göstərib və bu gün Budapeşt bunu yüksək qiymətləndirir. Prezident İlham Əliyev mətbuat konfransında bir daha bəyan edərək bildirdi ki, ölkələrimiz dost və strateji tərəfdaşdır, görüşlərimiz zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Ölkələrimizin ikitərəfli gündəliyi də kifayət qədər genişdir. Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində əməkdaşlığımız olduqca uğurludur. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Ölkəmiz ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Bu da onu göstərir ki, Macarıstanla əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələr genişlənməkdə davam edir. Ölkəmizin başçısı Macarıstanın təşəbbüsü ilə keçirilən ikinci qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətinə də toxunaraq vurğuladı ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir. Çünki Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan əzmlə Türk dünyasının həmrəyliyinə, qlobal gücə çevrilməsinə nail olmağa çalışır, Türk dünyasının birləşməsi naminə səylər göstərir. Ölkəmiz TDT-yə üzv və müşahidəçi ölkələrlə əməkdaşlığı dərinləşdirməyə həssaslıqla yanaşır. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan bu qurumun nüfuzunun artırılması istiqamətində vacib işlər görür, təşkilatın daha da gücləndirilməsinə töhfələrini verir. Prezident İlham Əliyevin ötən il TDT-nin qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirilməsi təşəbbüsünün liderlər tərəfindən dəstəklənməsi, tədbirin Qala şəhərimiz Şuşada reallaşması, bunun ardınca yeni hədəfləri müəyyənləşdirən Qarabağ Bəyannaməsinin imzalanması qeyd olunanların təsdiqidir. İlk dəfə olaraq müşahidəçi ölkə olan Macarıstanın evsahibliyi ilə Budapeştdə keçirilən TDT Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Prezident İlham Əliyevin çıxışı mühum məqamlarla yadda qaldı. Dövlətimizin başçısının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada sözügedən ilk qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq ikinci qeyri-rəsmi görüşün Macarıstanda keçirilməsinə məmnunluğunu diqqətə çatdırdı. Türk dövlətləri ilə əməkdaşlığımızın gücləndiyini qeyd edən ölkəmizin başçısı Azərbaycanın,ümumilikdə, təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu söylədi və bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının anonsunu verdi. Yeri gəlmişkən, Azərbaycan ilə TDT-yə üzv ölkələr – Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə inkişaf edir. Bu əməkdaşlıq əsasən ticarət və investisiya, enerji əməkdaşlığı, nəqliyyat və logistika,rəqəmsal inkişaf və texnologiyalar, turizm və mədəni əlaqələr kimi istiqamətlər üzrə gerçəkləşir. Ticarət və investisiya ilə bağlı əməkdalığa gəldikdə qeyd edək ki, Azərbaycan Türk dövlətləri ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına xüsusi önəm verir. Xüsusilə enerji, kənd təsərrüfatı məhsulları, sənaye malları və nəqliyyat vasitələrinin ticarəti diqqət mərkəzindədir. Bundan başqa, Türk dövlətləri ilə enerji sahəsində təcrübə və texnologiya mübadiləsi də aparılır. Beləliklə, Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri, keçirdiyi görüşlər, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında məzmunlu nitqi yeni hədəfləri müəyyənləşdirdi. Bu hədəflərin həm ölkəmizin, həm də Türk dünyasının inkişafına töhfə olacağı şübhəsizdir.
Ayşən Soltanlı
YAP Laçın rayon təşkilatının 33 saylı ƏPT-nin sədr müavini
Laçın rayon 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 May 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri