Macarıstan XİN in başçısı Aİ ni Rusiya Ukrayna danışıqlarına mane olmamağa çağırıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Budapeşt, 15 may, AZƏRTAC
Avropa İttifaqı Türkiyədə keçirilən Rusiya-Ukrayna danışıqlarına mane olmamalıdır.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Macarıstanın xarici işlər naziri Peter Siyarto çıxış edib.
Macarıstanlı nazir deyib: “NATO ölkələri XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Antalyaya yola düşürəm. Amma indi dünyanın diqqəti Türkiyənin başqa bir şəhərinə - Rusiya-Ukrayna birbaşa danışıqlarının başladığı İstanbula yönəlib. Ümid edirik ki, hər iki tərəf razılaşmaya nail olmaq üçün açıq olacaq. Brüsselin Rusiya ilə Ukrayna arasında sülh sazişi və ya ən azı atəşkəs razılaşması əldə edəcəyinə mane olacaq hər hansı hərəkətlər etməyəcəyini gözləyirik”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 15 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















