Macarıstanda güclü istilərlə əlaqədar dövlət işçiləri evdən işləyəcək
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Macarıstanda müşahidə olunan güclü isti hava şəraiti səbəbindən dövlət sektorunda çalışanlara evdən işləmək tapşırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Macar məlumat verib.
Bildirilib ki, bazar ertəsindən etibarən fəaliyyəti buna imkan verən dövlət qurumlarında əməkdaşlar məsafədən işləyəcəklər. Baş nazir özəl sektora da oxşar addımlar atmağı tövsiyə edib.
Ölkədə yüksək temperatur səbəbindən su istifadəsinə məhdudiyyətlər tətbiq olunub, dəmir yollarında qatarların hərəkət sürəti azaldılıb və əhaliyə sağlamlıqla bağlı xəbərdarlıqlar edilib. Həmçinin günün ən isti saatlarında açıq havada görülən işlərin təxirə salınması tövsiyə olunub.
Hazırda Macarıstanda ən yüksək – üçüncü dərəcəli isti hava xəbərdarlığı qüvvədədir. Milli meteoroloji xidmət HungaroMet bildirib ki, Budakalaş şəhərində havanın temperaturu 40 dərəcəyə, paytaxt Budapeştdə isə 39,8 dərəcəyə çataraq iyun ayı üzrə yeni rekord qeydə alınıb.
Qeyd edilib ki, isti hava dalğası təkcə Macarıstanı deyil, Almaniya, Polşa və Çexiya da daxil olmaqla Mərkəzi Avropanın bir sıra ölkələrini əhatə edib. Sinoptiklərin proqnozuna görə, Macarıstanda temperaturun çərşənbə və ya cümə axşamından etibarən tədricən enməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 29 İyun 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















