Fransada istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransada anomal isti hava şəraiti ölkənin müxtəlif bölgələrində təsirini davam etdirir.
Modern.az xəbər verir ki, bu barədə ölkənin milli meteorologiya xidməti "Meteo-France" məlumat yayıb.
Məlumata görə, Fransanın Avropa hissəsində yerləşən 96 departamentdən 37-də isti hava ilə əlaqədar ən yüksək – qırmızı təhlükə səviyyəsi elan olunub.
Bundan əlavə, daha 59 departamentdə narıncı təhlükə səviyyəsi qüvvədədir.
Meteoroloqların proqnozuna əsasən, respublikanın bəzi bölgələrində havanın temperaturu 41 dərəcəyədək yüksələcək.
Xatırladaq ki, iyunun ortalarından etibarən Fransada anomal isti hava şəraiti müşahidə olunur və bir sıra temperatur rekordları qeydə alınıb. İyunun 23 və 24-də ölkə üzrə orta hava temperaturu 30 dərəcə təşkil edib. Həmin günlər Fransada meteoroloji müşahidələr tarixində ən isti günlər kimi qeydə alınıb.
İsti hava şəraiti meşə yanğınlarına səbəb olub, həmçinin insan tələfatı ilə nəticələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:227
Bu xəbər 12 İyul 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















