Icma.az
close
up
RU
Macarıstanda unikal onkoloji cərrahiyyə əməliyyatı uğurla nəticələnib

Macarıstanda unikal onkoloji cərrahiyyə əməliyyatı uğurla nəticələnib

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Macarıstan Mərkəzi və Şərqi Avropada qalxanabənzər vəzi xərçənginin müalicəsində yeni müdaxiləli radioloji prosedurdan istifadə edən ilk ölkədir. Macarıstanda aparılan iki il yarımdan çox araşdırmalar sübut edib ki, prosedur effektivdir, xəstələr öz görünüşündə estetik nəticələr olmadan, toxumalar zədələnmədən və hormon əvəzedici terapiyaya ehtiyac olmadan sağalırlar. Xəstə üçün prosedur yalnız bir inyeksiyadan ibarətdir və o, bir neçə saat ərzində evə gedə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata Macarıstanın baş radioloqu Pal Akoş Deak məlumat verib.

Ən çox rast gəlinən endokrin şişlərdən biri də hər il 500-700 macarda diaqnoz qoyulan qalxanabənzər vəzi xərçəngidir. Hazırda bu növ xərçəng hallarının 90 faizi asanlıqla müalicə olunur, lakin cərrahiyyə çox vaxt bir və ya hər iki şişin çıxarılmasını nəzərdə tutur və xəstənin ömrünün sonuna qədər hormonal dərmanlar qəbul etməsini tələb edir. Qalıq çapıqlar həm də nisbətən gənc xəstələr, əsasən də qadınlar, orta yaşı 40-50 ətrafında olan xəstələr üçün psixoloji yük yaradır.

Minimal invaziv prosedurların ən son nəsli - radiotezlik ablasiyası (RFA) müdaxiləli radioloqun rəhbərliyi altında ilkin anesteziya və lokal anesteziya ilə cərrahi kəsik olmadan, habelə yalnız iynə elektrodunu daxil etməklə digər toxumalara zərər vermədən şiş hüceyrələrini məhv etməyə imkan yadadır.

Pal Akoş Deak jurnalistlərə yeni prosedurun mahiyyətini izah edib. Bu proses profilaktik müayinələr də daxil olmaqla cəmi bir saat çəkir və bir neçə saatlıq müşahidədən sonra xəstə evinə gedə və ertəsi gün işə hazır ola bilər.

Əvvəllər əməliyyatdan sonra xəstələr ən azı bir həftə dincəlməli və bir neçə gün xəstəxanada qaldıqdan sonra evə qayıtmalı idilər. Xəstəlik əməkqabiliyyətli əhalini əhatə etdiyindən, yeni müalicə həm də iqtisadi fayda verir, çünki sağalma müddətini və xəstəxanada qalma müddətini azaldır.

Həkimin izah etdiyi kimi, demək olar ki, bütün hallarda orqan əməliyyatdan sonra müstəqil olaraq hormon istehsal edə bilir. Buna görə də heç bir dərman tələb olunmur və infeksiya riski açıq cərrahiyyə ilə müqayisədə minimuma endirilir, ağırlaşma faizi isə bir faizdən azdır. Cərrahi müdaxilənin səs telinin iflici və ya qanaxma kimi ciddi yan təsirləri yoxdur. Əməliyyatdan 6, 12 və 24 ay sonra xəstələrin ultrasəs monitorinqi göstərib ki, faktiki olaraq heç bir şiş qalmayıb. Bu, radiotezlik ablasyonunun effektivliyini təsdiqləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri