Icma.az
close
up
RU
DTK zabiti Heydər Əliyevin Macarıstanda mükəmməl əməliyyatı

DTK zabiti Heydər Əliyevin Macarıstanda mükəmməl əməliyyatı

Icma.az bildirir, Axar.az portalına istinadən.

Macarıstan, Oktyabr, 1956-cı il. Tələbələrin təşəbbüsü ilə başlanan antisovet inqilabına artıq fəhlə və ziyalılar da qoşulur. Macarıstanın paytaxtı Budapeştin əsas meydanına artıq bir neçə gündür 200 min inqilabçıdan ibarət mitinq toplaşmışdı. 24 Oktyabr bir sıra antisovet və antikommunist çıxışlardan sonra kütlənin bir hissəsi dövlət radiosu binasından millətə müraciət etmək üçün hərəkət etdilər, digəri isə SSRİ-nin şəhərdə yerləşən səfirliyinə hücum etdi. Artıq odlu silah və "Molotov kokteylləri" ilə silahlanmış inqilabçılar radio binasını ələ keçirir və döyüşlər zamanı bir neçə ağır texnikanı da zəbt etməyə müvəffəq olurlar.

SSRİ səfirliyinə hücum edənlər hasar və bir sıra obyektləri yandıraraq yaşayış binasını ələ ala bilirlər və Moskvanın Macarıstandakı səfiri, Yuri Andropovun oğlu, 14 yaşlı İqoru oğurlayırlar. Vəziyyət ciddiləşir. İngilabçılar tələb edirlər ki, Sovet ordu hissələri dərhal şəhəri azad etsinlər, əks halda onlar SSRİ səfiri Yuri Andropovun oğlunu edam edəcəklər.

Moskvada Budapeştdəki vəziyyəti müzakirə etmək üçün Siyasi Büronun fövqəladə toplantısı yığışır. Yenicə Macarıstandan qayıdan Siyasi Büronun üzvü Mixail Suslov və SSRİ Baş nazirinin birinci müavini Anastas Mikoyanın hesabatını dinləyən SSRİ Kommunist Partiyasının Baş katibi Nikita Xruşşov Budapeştdən 6 minlik Sovet qoşun kontingentinin müvəqqəti çıxarılmasına əmr verir. Lakin inqilabçılar bununla kifayətlənmirlər – qələbələri ilə ruhlanmış üsyançılar bir sıra dövlət təşkilatlarını ələ keçirir, Stalin və digər SSRİ-nin simvolu olan heykəl, monument və hətta bayraqlarında olan çəkic və oraq hissələrini cıraraq ölkədə sosialist rejiminin ləğvini və Macarıstanın ümumiyyətlə Varşava müqaviləsindən çıxmasını tələb edirlər. Eyni zamanda Yuri Andropovun oğurlanan oğlunu qaytarmır və onun barədə heç bir məlumat vermirlər, əksinə, onun üzərində spekulyasiyaları davam etdirərək İqoru öldürməklə hədələyirlər.

Bu vəziyyətdən çıxış yolu tapmaq üçün Macarıstana az saylı xüsusi təyinatlılar dəstəsi göndərilir. Bu dəstə yüksək peşəkarlıqla hərəkət edərək 8 saata tanımadığı məkanda nəinki Yuri Andropovun oğlu İqorun yerini müəyyən edir, hətta baxmayaraq ki, uşaq ciddi nəzarət və silahlıların mühafizəsi altında yerləşirdi, onu heç bir kəsə xəsarət yetirmədən ələ keçirib birbaşa ölkədən çıxarmağa müvəffəq olurlar. Maraqlı fakt həm də budur ki, bu xüsusi təyinatlıların komandiri 33 yaşlı Heydər Əlirza oğlu Əliyev idi.

Bir neçə gündən sonra Nikita Xruşşovun növbəti sərəncamı əsasında Budapeştə Rumıniyada məskunlaşan 60 minlik Sovet ordusu daxil olur və cəmi 3 min inqilabçının ciddi müqaviməti ilə rastlaşmasına baxmayaraq bir neçə günə Macarıstanda Yanoş Kadorun başçılığı ilə sosialist hakimiyyətini bərpa edir.

Sözsüz ki, Heydər Əliyevin bu şücaəti və peşəkarlığı unudulmur. Son günlərinədək Yuri Andropov ona dərin minnətdarlıq hissi ilə, habelə Heydər Əliyevin fövqəladə savad və mərdlik xüsusiyyətlərini nəzərə alaraq ona dəstək olur. Belə ki, 18 may 1967-ci ildə Andropov SSRİ "KQB"nin rəhbəri vəzifəsinə təyin olunandan iki ay sonra Heydər Əliyev Azərbaycan "KQB"sinin sədri təyin olunur, bundan sonra 1969-cu ildə respublikanın Birinci katibi seçilir. 1982-ci ildə Yuri Andropov SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi seçiləndən sonra həmin il Heydər Əliyev Mərkəzi Siyasi Büronun üzvü və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə təyin olunur.

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin vəfat günüdür, Allah ona rəhmət eləsin. Eyni zamanda, bu ay onun sadiq silahdaşı və onunla 1969-cu ildən 14 il çalışan əmim Arif Mustafayev də rəhmətə gedib, Allah ona da rəhmət eləsin!

Yeriniz behiştlik olsun, kişilər!

Vahid Mustafayev, ANS press

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Dekabr 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri