Icma.az
close
up
RU
Macarıstanın əsas qanununa dəyişiklik edilməsi planlaşdırılır

Macarıstanın əsas qanununa dəyişiklik edilməsi planlaşdırılır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Budapeşt, 13 aprel, AZƏRTAC

Macarıstanda yeni siyasi rəhbərlik ölkənin əsas qanununa dəyişiklik etməyi planlaşdırır. Bu dəyişikliklər keçmiş Baş nazir Viktor Orbanın gələcəkdə yenidən hökumət başçısı vəzifəsinə qayıtmasını faktiki olaraq mümkünsüz edə bilər.

AZƏRTAC xəbər verir ki, Tissa Partiyasının lideri Peter Macyarın bazar ertəsi keçirdiyi beynəlxalq mətbuat konfransında verdiyi açıqlamaya görə, planlaşdırılan Konstitusiya islahatları çərçivəsində baş nazirlik müddətinə məhdudiyyət qoyulacaq. O bildirib ki, Orban artıq bir neçə dəfə - 1998-ci ildən etibarən ümumilikdə beş dəfə hökumət qurub və yeni qaydalar qüvvəyə minərsə, yenidən bu vəzifəni tuta bilməyəcək.

Müzakirə olunan əsas məsələlərdən biri də dəyişikliklərin hüquqi qüvvəsinin hansı tarixdən tətbiq olunacağıdır. Belə ki, ekspertlər arasında bu məhdudiyyətin yalnız gələcək dövrlərə aid olub-olmayacağı, yoxsa əvvəlki baş nazirlik müddətlərini də nəzərə alacağı barədə debatlar gedir.

Yeni təşəbbüs Macarıstanda baş verən ciddi siyasi dəyişikliklər fonunda irəli sürülür. Macyar bildirib ki, Konstitusiya islahatları ölkədə demokratik institutların gücləndirilməsi və hakimiyyətin balanslaşdırılması məqsədi daşıyır. Onun sözlərinə görə, bu addımlar yalnız keçmiş liderlərin deyil, gələcək hökumət başçılarının da səlahiyyətlərini məhdudlaşdıracaq.

Analitiklər hesab edir ki, planlaşdırılan dəyişikliklər qəbul olunarsa, bu, Macarıstanın siyasi sistemində uzunmüddətli struktur islahatlarının əsasını qoya bilər və ölkənin Avropa İttifaqı ilə münasibətlərinə də təsir göstərə bilər.

 Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Aprel 2026 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see363

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see333

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see315

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see259

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see233

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see212

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see207

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see197

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see190

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see185

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see184

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see176

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see162

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri