Rumıniya və Macarıstanın Avrozonaya inteqrasiyasını gecikdirən əsas amillər açıqlanıb
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqında vahid valyuta zonasının genişlənməsi fonunda region ölkələrinin hazırlıq səviyyəsi ilə bağlı yeni mənzərə formalaşıb.
AZƏRTAC xəbər verir ki, Rumıniya mətbuatında yayımlanan analitik hesabatda vurğulanır ki, Bolqarıstanın 2026-cı il yanvarın 1-dən Avrozonaya rəsmi daxil olmasından sonra növbəti namizədlər arasında Rumıniya və Macarıstan ən problemli mövqedə qərarlaşıb.
Təhlilə əsasən, Rumıniya və Macarıstan paradoksal vəziyyətdədir. Hər iki ölkədə ictimai rəy avronun qəbulunu geniş şəkildə dəstəkləyir, lakin makroiqtisadi göstəricilər bu keçid üçün tələb olunan “Maastricht” meyarlarından uzaq qalır. Xüsusilə yüksək büdcə kəsiri, inflyasiya təzyiqləri və fiskal intizamın zəifliyi bu ölkələrin Avrozonaya inteqrasiyasını gecikdirən əsas amillər kimi göstərilir.
Bolqarıstanın nümunəsi region üçün müqayisə meyarı kimi təqdim olunur. Uzun illər milli valyutanın avroya sabit məzənnə rejimində saxlanılması, aşağı dövlət borcu və maliyyə intizamı Sofiyanın Avrozonaya keçidini texniki və institusional baxımdan asanlaşdırıb. Bununla yanaşı, Bolqarıstan artıq faktiki olaraq Avrozonanın maliyyə mexanizmlərinə inteqrasiya olunmuş ölkə kimi qiymətləndirilirdi.
Rumıniya ilə bağlı hesabatda qeyd olunur ki, dövlət borcu hələlik kritik həddi aşmasa da, büdcə kəsiri və fiskal balanssızlıq avronun qəbulunu real perspektivdən uzaqlaşdırır. Macarıstan da oxşar problemlərlə üzləşir və pul-kredit siyasətindəki qeyri-sabitlik bu ölkəni Avrozonaya yaxınlaşdırmır.
Analitik yanaşmada Polşa və Çexiya nisbətən daha yaxşı vəziyyətdə göstərilsə də, onların da yaxın perspektivdə avronu qəbul etməsi real görünmür. Bu mənzərə Avrozonanın şərqə doğru genişlənməsinin mərhələli və seçici xarakter daşıdığını ortaya qoyur. Nəticədə, Bolqarıstanın Avrozonaya qoşulmasından sonra regionda yeni maliyyə balansı formalaşıb. Rumıniya və Macarıstan isə vətəndaşların yüksək gözləntilərinə baxmayaraq, avronun qəbuluna hazır olmayan ölkələr kimi Avropa iqtisadi inteqrasiyasında geridə qalmaqda davam edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 23 Yanvar 2026 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















