Icma.az
close
up
RU
Macarıstanın investisiyası Azərbaycanın neft qaz sektoruna yönəlib

Macarıstanın investisiyası Azərbaycanın neft qaz sektoruna yönəlib

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Hər iki ölkənin müasir qlobal geosiyasətdə baş verənlər fonunda bir-birinə ehtiyacı vardır və hər bir ölkə digər ölkə üçün önəmlidir. Hazırkı vəziyyətdə mən hesab edirəm ki, Macarıstanın Azərbaycan üçün önəmli olmasından daha çox, Azərbaycan Macarıstan üçün önəmlidir.
Hazırkı vəziyyətdə Rusiyadan enerji asılılığında ən çox olan ölkələrdən biri Macarıstandır. Azərbaycan isə məhz Avropanın enerji tərkibində oynadığı rol baxımından Macarıstanın olduğu coğrafiya üzrə daha böyük xüsusi çəkiyə malikdir. Perspektivdə isə Macarıstan Azərbaycandan neft və qazdan başqa həm də alternativ enerji mənbələri hesabına təmin oluna bilər. Müvafiq sahə üzrə memorandum imzalanmış dörd ölkədən biri məhz Macarıstandır. Həmçinin Şahdəniz yatağı Macarıstanın ən etibarlı investisiya obyektidir. Ümumiyyətlər Macarıstanın investisiyası əsasən Azərbaycanın neft-qaz sektoruna yönəlib. Bu, Macarıstanın Azərbaycana olan iqtisadi inamını və marağını açıq şəkildə göstərir.
Bütün bunlardan başqa da, ölkələr arasında olan ticarət dövriyyəsinə baxdıqda yenə də Macarıstanın xeyrinə olan bir vəziyyət görünür.
2023-cü ildə Azərbaycan və Macarıstan arasında 48,4 milyon dollarlıq bir ticarət dövriyyəsi olmuşdur və bu dövriyyənin təxminən 43 milyon dolları Macarıstandan Azərbaycana ixrac olunan malların payına düşmüşdür.
2024-cü ildə isə ticarət dövriyyəsi 62,3 milyon dollara çatıb. Bunun da 54,8 milyon dolları Macarıstanın bizə satdığı məhsullardan ibarət olub. Azərbaycan isə Macarıstana 7,5 milyon dollarlıq məhsul satmışdır.
Burada da göründüyü kimi, ticarət dövriyyəsinin 88%-i Macarıstanın bizə etdiyi ixracdan ibarətdir, yəni bizim idxalımızdan ibarətdir. Başqa sözlə, ticarət dövriyyəmizin 76%-i Macarıstanın müsbət saldosudur.
Bütün bunlara görə də, Azərbaycan Macarıstan üçün həm siyasi, həm də iqtisadi baxımdan eyni dərəcədə vacib olsa da, Macarıstan Azərbaycan üçün iqtisadidən daha çox siyasi baxımdan strateji tərəfdaşdır. (Yəni siyası konturlar iqtisadi konturları üstələyir) Lakin cənab Prezidentin Macarıstana səfəri və bu qəbildən olan iki ölkə arasındakı digər yüksək səviyyəli görüşlər Macarıstanın Azərbaycan üçün gələcəkdə iqtisadi baxımdan da daha önəmli tərəfdaşa çevrilməsi üçün mühüm zəmin yaradır. Bu cür qarşılıqlı səfərlər və əməkdaşlıq formatları, xüsusilə enerji, alternativ enerji, ticarət və investisiya sahələrində əlaqələrin dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Nəticə etibarilə, bu münasibətlər strateji tərəfdaşlığın təkcə siyasi deyil, həm də iqtisadi sütunlar üzərində möhkəmlənməsinə şərait yaradır.
Eldəniz Əmirov, iqtisadçı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 May 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri