Icma.az
close
up
RU
Nazir: Azərbaycanın Monteneqronun turizm sektoruna olan investisiyası 1 milyard dollara çatır

Nazir: Azərbaycanın Monteneqronun turizm sektoruna olan investisiyası 1 milyard dollara çatır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Monteneqronun arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan turizm sahəsində Monteneqronun iri investorlarından biridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edən Monteneqronun turizm naziri Simonida Kordiç mətbuat nümayəndələrinə açıqlaması zamanı deyib.

O bildirib ki, Azərbaycanla Monteneqro arasında həm siyasi, həm də biznes əlaqələri çox yaxşı səviyyədədir.

“Monteneqro turizmində ən böyük sərmayələrdən biri məhz Azərbaycanın yatırımıdır. Bu investisiyanın ümumi dəyəri indiyədək 1 milyard dollara çatır. Biz əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq və daha çox azərbaycanlı investoru Monteneqroda yeni səmərəli layihələrə qoşulmağa dəvət edirik. Bu ilin yanvar-avqust aylarında Monteneqroya gələn azərbaycanlı turistlərin sayı ötən illə müqayisədə 77 faiz artıb. Bizim məqsədimiz ziyarətçilərə yüksək keyfiyyətli xidmət və elə bir təcrübə təqdim etməkdir ki, onlar Monteneqroya yenidən gəlmək istəsinlər. Bütün azərbaycanlıları ölkəmizə səfərə dəvət edirəm”, - deyə monteneqrolu nazir vurğulayıb.

S.Kordiç qeyd edib ki, iki ölkə arasında turizm sahəsində rəsmi saziş mövcuddur, bu çərçivədə qarşılıqlı investisiya və turist mübadiləsi uğurla həyata keçirilir: ""Porto Novi" kurort kompleksi ölkəmizdə ən iri Azərbaycan investisiyasıdır. Kompleks daxilində Avropada yeganə olan “One&Only” oteli fəaliyyət göstərir. Bu kurort həm yüksək səviyyəli xidmətləri, həm də təqdim etdiyi unikal istirahət təcrübəsi ilə Monteneqronun turizm strategiyasının nümunəsidir. Azərbaycan investisiyası Monteneqronun turizm sahəsində keyfiyyət və yüksək xidmət hədəflərinin ən yaxşı göstəricilərindəndir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri