Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Macəra dolu, amma qalibin bilinmədiyi oyun…

Macəra dolu, amma qalibin bilinmədiyi oyun…

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabah (Bakı) – Sumqayıt 1:1 (1:1)
92. Stas Pokatilov - 5,5
27. Timoteuş Puxaç – 5,5
5. Rəhman Daşdəmirov – 5,5
3. Stiv Solvet – 6,0
80. Akim Zedadka – 5,5
20. Coy-Lens Mikels – 7,0
33. Umarali Raxmonaliyev – 5,5
13. İvan Lepinitsa – 5,5
11. Kahim Parris – 5,0
(8. Ayaz Quliyev, 57) – 5,0
18. Pavol Şafranko (k) – 6,0
21. Velko Simiç – 6,5
(88. Xəyal Əliyev, 70) – 5,0
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
72. Rustam Samiqullin
17. Tellur Mütəllimov
10. Anatoli Nuriyev
2. Amin Seydiyev
6. Abdulax Xaybulaev
19. Aron Maluda
53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Coy-Lens Mikels
1. Mehdi Cənnətov – 5,5
80. Keffel Resende – 5,5
3. Höccət Haqverdi – 5,0
72. Rayan Senhadji – 5,0
25. Abdul Raşid Mumini – 5,5
(14. Pedro Pinto, 70) – 5,0
8. Səbuhi Abdullazadə (k) – 5,5
7. Rüstəm Əhmədzadə - 6,0
(71. Masaki Murata, 83) – qiymətsiz
10. Nikola Ninkoviç – 5,0
(23. Ronaldo Vaskes, 57) – 5,0
19. Roy Kehat – 5,0
11. Aleksa Yankoviç – 5,0
(21. Nihad Əhmədzadə, 70) – 5,0
9. Aleksandr Ramalinqom – 5,5
Ehtiyat oyunçular
22. Xəyal Fərzullayev
56. Aftandil Arixov
75. Nadir Orucov
97. Vüsal Paşayev
Baş məşqçi: Saşa İliç
Komandanın ən yaxşısı: Rüstəm Əhmədzadə
Qollar: C.L.Mikels, 26 (1:0, V.Simiç). R.Əhmədzadə, 35 (1:1).
Vərəqələr: K.Parris, 16 (qeyri-idman hərəkəti). S.Abdullazadə, 11 (qeyri-idman hərəkəti). R.Senhadji, 13 (qeyri-idman hərəkəti). R.Daşdəmirov, 80 (qeyriidman hərəkəti). M.Cənnətov, 90+6 (oyunun bərpasının ləngidilməsi) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Pərvin Talıbov (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
28 sentyabr. Bakı. “Bank Respublika Arena”. 711 tamaşaçı (8600 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Projektorların qəfil sönməsi üzündən təxminən 16 dəqiqə qaranlığa bürünən meydança, narazı azarkeşlər, sayılmayan iki qol, daim sakit təbiətiylə yadda qalsa da, mətbuat konfransında özündən çıxan Valdas Dambrauskas, sarı və qırmızı vərəqə alan məşqçilər və sosial şəbəkələri ağuşuna alan mübahisəli hakim qərarları…

Bizə elə gəlir ki, “Sabah” – “Sumqayıt” matçının uzun müddət xatırlanmalı olmasının əsas səbəbləri məhz bunlardı. Ancaq bütün bunlar meydandakı gərgin mübarizəni və baxımlı hücumları arxa plana ata bilməz. Ona görə ki, qarşılaşmanın qəlbi məhz ot örtüyünün üstündə döyündü. Özü də ilk saniyələrdən!
Bəli-bəli, hələ 1-ci dəqiqədə Höccətin topu itirməsindən faydalanaraq irəli atılan Şafranko hesabı açmağa yaxın idi ki, qeyri-dəqiq zərbə ilə yadda qaldı. O başqa məsələ ki, meydan sahiblərinin cəsarətli çıxışı qonaqları çəkindirmədi. Bunun nəticəsində 15-ci dəqiqədə hücuma keçən “kimyaçılar” rəqibinə qorxulu anlar yaşatdı. Yankoviçin Umaralinin başını gicəlləndirəndən sonra qapı önünə göndərdiyi top Ramalinqoma qismət oldu. Belədə başla bəxtini sınayan madaqaskarlı dirəyi “nişan aldı”.
Növbəti hücumu “Sabah”ın ifasında izlədik. 22-ci dəqiqədə qeydə alınan epizod zamanı Mikels Simiçin cərimə meydançasına göndərdiyi “kürə”ni başla tora qovuşdurmaq istəsə də, məqsədinə çatmadı – top qapıdan yan keçdi. Hər halda, arzusu çin olan komanda “bayquşlar” oldu. Masazır təmsilçisi 26-cı dəqiqədə Simiçin ötürməsi, Mikelsin qapıya zərbəsi sayəsində hesabı açdı. O başqa məsələ ki, “Sumqayıt”ın “cavab atəşi” özünü çox gözlətmədi. Daha doğrusu, qonaqlar Rəhmanın 35-ci dəqiqədə topu itirməsi üzündən sürətlə əks-hücuma keçdi. Burda Yankoviçin uzaqdan önə göndərdiyi topu Solvet qarşılamaq istəyirdi ki, “kürə” onun başla zərbəsindən sonra Rüstəmin önünə düşdü. Belədə dərhal fürsəti dəyərləndirən Əhmədzadə buraxılan qolun əvəzini çıxdı. Onun 38-ci dəqiqədə dubl etməyə yaxın olduğunu, lakin Pokatilov səddini aşa bilmədiyini də qeyd edək. Hər halda, komandalar birinci hissədə hərəyə bir qol vura bildi.
İkinci yarıya “Sabah” daha fəal başladı. Meydan sahibləri 53-cü dəqiqədə Zedadkanın qeyri-dəqiqliyi üzündən fürsətdən yararlana bilmədisə, 64-cü dəqiqədə Mikels komanda yoldaşının səhvini təkrarladı. “Bayquşlar”ın 71-ci dəqiqədəki hücumu isə daha təhlükəli alındı. Sadəcə, bu dəfə Mehdi Şafrankonun başla fərqlənmək arzusunu əla seyvlə gözündə qoydu. Nəhayət, 78-ci dəqiqədə “Bank Respublika Arena”da növbəti qol vuruldu. Mikels Rəhmanın uzaqdan göndərdiyi topu tora qovuşdurdu. İş ondadı ki, epizodu VAR-da incələyən Əliyar Ağayev Rəhmanın topu ələ keçirməzdən əvvəl Nihada etdiyi kobud müdaxilə üzündən qolu qeydə almadı. Masazırdakı növbəti qola 90+2-ci dəqiqədə şahidlik etdik. Bu dəfə də baş rol ifaçısı Mikels oldu. Almaniyalı Höccət, Senhadji və Mehdiylə mübarizədən qalib ayrılaraq üçüncü dəfə toru silkələdi. O başqa məsələ ki, Mikelsin bu qolu da qeydə alınmadı. VAR-a baxan ədalət təmsilçisi topun yerə toxunandan sonra məhz Coy-Lensin əlinə dəydiyini gördüyündən yenə eyni qərarı verdi. Beləliklə, gərgin keçən oyun “sülh”lə nəticələndi.
Gözdən qaçmadı
// “Soldati di Sabah”, “Kimyaçılar” və “UltraSumqayıt” tribunalarda yerini almışdı.
// Mikelsin sayılmayan ikinci qolundan sonra bəzi “Sabah” azarkeşləri tribunaları tərk etməyə başladı. Onlar hakimin ədalətsiz qərarlar qəbul etdiyini dilə gətirərək, bir-biriylə söhbətdə narazılıqlarını ifadə etməyə başladılar.
// “Sabah”ın məşqçilərindən Kristian Sebalyos 66-cı dəqiqədə, Valerio Zuddas isə oyundan sonra hakimin qərarına etiraz etdiyinə görə sarı, Kastinas Qasiunas isə 90+4-cü dəqiqədə hakimi təhqir etdiyi üçün qırmızı vərəqə aldı.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Oktyabr 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri