Icma.az
close
up
RU
“Made in Azerbaijan” brendi adı altında ixrac edilən məhsulların çeşidi arta bilər

“Made in Azerbaijan” brendi adı altında ixrac edilən məhsulların çeşidi arta bilər

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin ardınca Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi bu sahədə mövcud olan bir sıra problemlərin həllində əsas baza rolunu oynayacaq. Dövlət Proqramının icrası daxili istehsalın artımı ilə yanaşı, ixrac potensialımızı da artıra bilər”.
Bunları Newscenter.az-a iqtisad elmləri doktoru Arzuman Muradlı deyib. O bildirib ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər və görülən işlər “Made in Azerbaijan” brendi adı altında dünyaya ixrac edilən məhsulların çeşidinin artmasına imkan yaradar:
“Bildiyiniz kimi bu gün Azərbaycan “Made in Azerbaijan” brendi adı altında dünyanın əksər ölkələrinə məhsul ixrac edir. Sevindirici hal ondan ibarətdir ki, ixrac coğrafiyamız hər ötən il daha da artır və Azərbaycan məhsulları alan ölkələr sırasına yeniləri qoşulur. Təbii ki, bu da ölkəyə xarici valyutanın daxil olması, iqtisadiyyatın inkişaf etməsi deməkdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, ixrac coğrafiyamıızı daha da genişləndirmək və “Made in Azerbaijan” brendinə yeni məhsulların əlavə edilməsi üçün aqrar sahədə ciddi addımların atılmasına ehtiyac var. İlk növbədə bunun üçün həm istehsalı artıraraq daxili tələbatı tam ödəmək lazımdır, həm də ixraca nail olmaq. Məsələn, duz, şəkər, qoz-fındıq və digər məhsullar üzrə daxili tələbat kifayət qədər ödənilir. Bu da bizə ixracı artırmağa imkan verir”.
Arzuman Muradlı onu da qeyd edib ki, ancaq digər mal və məhsullar üzrə istehsalat kifayət qədər arzuedilən səviyyədə deyil və dövlət başçısı müşavirədə bununla bağlı iradlarını açıq şəkildə bildirdi:
“Hesab edirəm ki, dediyim kimi ixracı artırmaq, “Made in Azerbaijan” brendinə yeni məhsulları əlavə etmək üçün aqrar sahədə, kənd təsərrüfatında daha məhsuldar işləmək, yeni texnolgoyaların tətbiqi ilə bu sahəni bir qədər də inkişaf etdirib ərzaq təhlükəsizliyini tam təmin etməyin fonunda nail olmaq mümkündür”.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 İyun 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri