Icma.az
close
up
RU
Maduro ABŞ dakı məhkəmədə özünü günahkar bilmədi: Mən dürüst adamam

Maduro ABŞ dakı məhkəmədə özünü günahkar bilmədi: Mən dürüst adamam

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün, 5 yanvar tarixində Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı ABŞ-ın Nyu York şəhərində federal hakim qarşısına çıxarılıblar. 

Qaynarinfo "The New York Times” nəşrinə istinadla xəbər verir ki, onlar narkotrafik və digər cinayətlərdə ittiham olunurlar.

Məhkəmədəki ilk çıxışı zamanı Maduro günahını inkar etdiyini bəyan edib:

"Mən Venesuela prezidentiyəm. Özümü hərbi əsir hesab edirəm. Mən dürüst adamam. Məni Karakasdakı evimdə ələ keçiriblər", - deyə o, məhkəmədə bildirib.

Hakimin suallarını cavablandıran Maduro qeyd edib ki, məhkəməyə gələnə qədər ittihamnaməni görməyib və hüquqlarını bilmir. Nəşr vurğulayır ki, devrilmiş prezident və xanımı Karakasda ABŞ-ın hərbi əməliyyatı nəticəsində ələ keçirildikdən cəmi iki gün sonra məhkəməyə gətiriliblər. Bu səbəbdən Maduronun müdafiə tərəfinin dinləmələrə hazırlaşmaq üçün kifayət qədər vaxtı olmayıb.

Hakim ittihamnaməni oxumağı təklif etsə də, Maduro sənədi şəxsən oxumağa üstünlük verdiyini bildirib. Əvvəllər "WikiLeaks”in qurucusu Culian Assanjı təmsil etmiş vəkil Barri Pollak vurğulayıb ki, Maduro irəli sürülən dörd ittihamın heç biri üzrə özünü təqsirli bilmir.

Pollak əlavə edib ki:

•Hazırda Maduronun girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırmayacaq, lakin bunu gələcəkdə edə bilər.

•Maduronun suveren dövlət başçısı kimi rolu ilə bağlı vəsatətlər verə bilər.

•Devrilmiş prezidentin hərbi yolla qaçırılmasının qanuniliyi ilə bağlı suallar mövcuddur.

Hakim növbəti məhkəmə iclasının 17 mart tarixinə təyin olunduğunu elan etdikdən sonra təqsirləndirilən şəxslər zaldan çıxarılıblar.

Qeyd edək ki, bu hadisə beynəlxalq hüquq müstəvisində çox nadir hallardan biridir — ABŞ başqa bir ölkənin dövlət başçısını hərbi əməliyyatla ələ keçirərək öz ərazisində mühakimə edir. Bu, həm də Donald Trampın xarici siyasətdəki kəskin addımlarının bir hissəsi kimi qiymətləndirilir.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri