Icma.az
close
up
RU
MADURO MƏHKƏMƏDƏ İTTİHAMLARI RƏDD ETDİ Özünü hərbi əsir adlandırdı

MADURO MƏHKƏMƏDƏ İTTİHAMLARI RƏDD ETDİ Özünü hərbi əsir adlandırdı

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hurriyyet.az "Azpolitika.info-a istinadən xəbər verir ki, Nyu-Yorkda Manhettendəki Daniel Patrik Moynihan məhkəmə binasında narkoterrorizm və digər cinayətlərdə ittiham olunan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ilə bağlı məhkəmə iclası başlayıb.

Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-York məhkəməsi tərəfindən onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.

Maduro məhkəmə zalında təqsirsiz olduğunu bildirərək, Venesuelanın Prezidenti olaraq qalmağa davam etdiyini söyləyib.

"Mən təqsirsizəm. Mən vicdanlı insanam", - o, özünü "hərbi əsir" adlandırıb. 

İttiham olunanlar Venesuela səfirliyindən konsulluq yardımı tələb ediblər. Məhkəmə Maduronun konsul işçiləri tərəfindən ziyarət edilməsinə razılıq verib.

Nyu-York məhkəməsi Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores işi üzrə növbəti iclası 17 mart tarixində təyin edib.

"Report" xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

"Növbəti iclas 17 mart saat 11:00-da keçiriləcək", - hakim bildirib.

"Maduro və həyat yoldaşı təxminən 30 dəqiqə davam edən dinləmədən sonra məhkəmə zalını tərk ediblər", - məlumatda qeyd olunub.

İclas zamanı Masuro hərbi oğurluğun qanuniliyi ilə bağlı problemlərə işarə edib. Maduro həmçinin hakimlərin diqqətini sağlamlıq problemlərinə yönəldib və həbs müddətində müvafiq tibbi yardım almaq üçün müraciət edib.

Siliya Floresin vəkili Mark Donnelli onun da sağlamlıq problemləri olduğunu vurğulayıb.

"Floresin qabırğalarında güclü əziklər var və ona lazımi qulluq göstərilməlidir", - o, müdafiə etdiyi şəxsin saxlanılması və ABŞ-yə daşınması zamanı zorakılığa məruz qaldığını göstərib.

"Sky News" xəbər verir ki, Maduronun maraqlarını Barri Pollak təmsil edir. Maduronun həyat yoldaşı Siliya Floresin müdafiəsini Texasdan olan vəkil Mark Donnelli öz üzərinə götürəcək.

İclas canlı yayımlanmayacaq, lakin KİV-lərin girişinə icazə verilib.

Venesualı lider və onun həyat yoldaşı Nyu-Yorkda məhkəmədə 92 yaşlı hakim Elvin Hellerştaynın sədrliyi ilə məhkəmə qarşısına çıxarılıb. O, səs-küylü və rezonans doğuran işləri ilə tanınır. Hakim, 11 sentyabr terror aktlarından zərərçəkənlər üçün kompensasiya işləri, Harvi Vaynşteyn əleyhinə və "Darfur soyqırımı" araşdırması ilə tanınır.
Hakimin ABŞ prezidenti Donald Trampla bağlı işlərdə də təcrübəsi var.

Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin olduğu zirehli avtomobil Nyu-York məhkəməsinə gətirilib.

"AzPolitika"-nın CNN-ə istinadən verdiyi məlumata görə, onlar narkotik maddə və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacaq. Məhkəmənin saat 21.00-da başlayacağı gözlənilir.

Onların olduğu nəqliyyat vasitəsinin DEA (Narkotiklərlə Mübarizə İdarəsi) agentlərinin müşayiəti ilə məhkəmə ərazisinə daxil olması görüntülənib.

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Yanvar 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri