Icma.az
close
up
RU
Maduro aylarla izlənilib Saxlanılmasının bütün təfərrüatı

Maduro aylarla izlənilib Saxlanılmasının bütün təfərrüatı

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə nəticələnən əməliyyatın aylarla davam edən dəqiq və koordinasiyalı planlaşdırmanın nəticəsi olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Florida ştatında, Mar-a-Laqo iqamətgahında keçirilən mətbuat konfransında çıxış edən general Keyn qeyd edib ki, əməliyyat bütün hərbi bölmələr və kəşfiyyat qurumları arasında uzunmüddətli birgə əməkdaşlıq əsasında həyata keçirilib.

Generalın sözlərinə görə, hazırlıq mərhələsində Maduronun gündəlik hərəkətləri, həyat tərzi, səyahət marşrutları və hətta geyim vərdişlərinə qədər bütün detallar diqqətlə izlənilib.

Bildirilib ki, ötən yay Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Venesuelaya yerləşdirilən kiçik qrup Maduronun fəaliyyətini real vaxt rejimində nəzarətdə saxlayıb.

Cümə gecəsi başlayan əməliyyat çərçivəsində 20 fərqli quru və dəniz bazasından 150-dən çox hərbi təyyarənin havaya qalxdığı açıqlanıb. Əməliyyatın əsas hissəsini xüsusi təyinatlı qüvvələri daşıyan helikopterlər təşkil edib. Onlar radar aşkarlanmasından yayınmaq məqsədilə su səthindən cəmi 30 metr yüksəklikdə uçublar.

Strateji obyektlərə endirilən zərbələrlə qorunan helikopterlər yerli vaxtla təxminən saat 01:00 radələrində Maduronun olduğu əraziyə çatıb.

Açıqlamada qeyd olunub ki, Maduro və həyat yoldaşının saxlanılması zamanı ABŞ qüvvələri atəşə məruz qalıb və bir neçə “özünümüdafiə xarakterli toqquşma” baş verib.

Əməliyyat qüvvələri saat 03:29-da Venesuela ərazisini tərk edərək, Nikolas Maduro və onun həyat yoldaşını müvəqqəti saxlanma üçün “USS Iwo Jima” hərbi gəmisinə köçürüblər. Onların daha sonra Nyu-Yorka aparılacağı bildirilib.

General Keyn vurğulayıb ki, əməliyyat zamanı bir ABŞ hərbi təyyarəsi zərər görsə də, uçuş qabiliyyətini qoruya bilib və tapşırığını yerinə yetirib. Bütün hava vasitələri təhlükəsiz şəkildə bazalarına qayıdıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri