Icma.az
close
up
RU
Maduro buna görə oğurlandı: Bu nəhəng planın bir hissəsidir

Maduro buna görə oğurlandı: Bu nəhəng planın bir hissəsidir

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Venesuela Prezidenti Nikolas Maduronun saxlanılıb ABŞ-yə aparılması prosesin ilk mərhələsidir. Sonra nə baş verəcək? "Bir ölkənin prezidentinin başqa dövlətin hüquqları ilə necə mühakimə olunacaq" kimi iddialar səslənir. Bu məsələdə beynəlxalq hüquq nə deyir?

- Bu məsələnin beynəlxalq qanunlara uyğun olub-olmaması ilə bağlı fikirlər səslənir. Bəllidir ki, beynəlxalq hüququ indiki halda istənilən şəkildə şərh edirlər. Biz bunu öz nümunəmizdə də görmüşük. Bu mənada beynəlxalq hüquq müəyyən addımlara hansısa şəkildə bəraət qazandırmaq üçün istifadə olunur. Qanunlar və müxtəlif sənədlər də o şəkildə yazılıb ki, istənilən formada onun istifadəsi mümkün olsun.

- Nə baş verdi ki, Amerika asanlıqla bir ölkənin prezidentini ələ keçirdi?

- ABŞ daim ona qarşı çıxan ölkələrdə elitanı ələ almağı bacarıb. Beləliklə, onları məğlub edib. Bunu İraq ssenarisində də hər kəs görmüşdü. Vaxtilə Əfqanıstanda da eyni plan həyata keçirilmişdi. Venesuelada da eyni ssenari üzrə hadisələr baş verib.

- ABŞ-nin Venesuela ilə bağlı planlarına nələr daxildir?

- Bu gün Venesuelanın neft imkanları dünya üzrə ümumi ehtiyatların 20 faizini təşkil edir. Bunlar artıq təsdiq edilmiş ehtiyatlardır. İstisna edilmir ki, Venesuelada daha çox enerji ehtiyatları mövcuddur. Məhz bu amili nəzarətdə saxlamaq üçün ABŞ effektiv siyasət həyata keçirməli idi. ABŞ Prezidenti Donald Tramp artıq ərəb ölkələri ilə münasibətlər qurub. Ərəb ölkələri Amerikanın nüfuzunu və təsirini qəbul ediblər. Hətta ABŞ ilə bir neçə trilyonluq hərbi məhsulların alışı ilə bağlı razılaşmalar da əldə olunub. Tramp da ABŞ-ni iqtisadi böhrandan xilas etmək üçün bunu real addımlar kimi dəyərləndirib. Maduronun həbsindən sonra isə Venesuelanın nefti ABŞ-nin nəzarətinə keçəcək.

- Tramp bununla nəyə nail olmaq istəyir?

- ABŞ-nin təsiri altında olmayan iri neft istehsalçıları olaraq Rusiya və İran qalıb. Bu baxımdan Venesuela prezidentinə qarşı olan əməliyyat böyük bir layihənin tərkib hissəsidir. Trampın da məqsədi enerji resursları və təbii sərvətləri nəzarətdə saxlamaqdan ibarətdir. Bununla da ABŞ-nin aparıcı güc olaraq qalması, hegemonluğunu təmin etmək niyyətləri açıq şəkildə ortadadır. Ona görə də Venesuelada baş verən hadisələri heç də geniş bir əməliyyat kimi qiymətləndirmək olmaz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Yanvar 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see341

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see245

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see241

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see215

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see206

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see200

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see165

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see155

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see155

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see140

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see138

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see131

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri