Icma.az
close
up
RU
Maduro əmr verdi: Venesuelada müharibə xəbərdarlığı, 284 cəbhə aktivləşdirilib

Maduro əmr verdi: Venesuelada müharibə xəbərdarlığı, 284 cəbhə aktivləşdirilib

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Venesuela Prezidenti Nikolas Maduro, ABŞ ilə yaşanan gərginliyin fonunda, ordunun Müharibə Qüvvələri, Bolivarçı Milli Milisləri və Bolivarçı Milli Silahlı Qüvvələrinin (FANB) iştirak edəcəyi "Müstəqillik Planı 200"-ü açıqlayıb. Maduro, yerləşmənin "284 cəbhəni" əhatə edəcəyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Maduro, Venesuela Dövlət Televiziyasında (VTV) yayımlanan və Müdafiə Naziri Vladimir Padrino López-in də iştirak etdiyi tədbirdə, "Hazırda şimaldan cənuba, şərqdən qərbə, Venesuela Kariblərinin bütün sahillərindən, Kolumbiya sərhədindən, And Dağlarından, ölkənin şərqindən və cənubundan 284 cəbhəni hərəkətə keçiririk," deyə qeyd edib. Maduro, "Gərək olarsa silahlı mübarizəyə hazırıq," əlavə edib.

Digər tərəfdən, paytaxt Karakasın küçələrində polis varlığının artdığı müşahidə edilib.

Venesuela Prezidenti açıqlamasında, "Bütün sahillərin, başdan sona qədər, imperialistlərdən, işğalçılardan və zorakılıq tərəfdarlarından təmizlənməsini təmin edəcəyik," deyə bildirib. "Bu dənizlər, bu torpaqlar, bu məhəllələr, bu dağlar, bu uçsuz-bucaqsız ərazilər və bu torpaqların zənginlikləri Venesuela xalqına aiddir. Heç vaxt Amerikanın imperiyasına aid olmayacaq," deyə əlavə edib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri