Icma.az
close
up
RU
ABŞ Venesuelada oyunu dəyişir: Maduro dövrü bitir?

ABŞ Venesuelada oyunu dəyişir: Maduro dövrü bitir?

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Venesuela bu gün həm ideoloji, həm iqtisadi, həm də geosiyasi baxımdan dünyanın ən mürəkkəb düyün nöqtələrindən birinə çevrilib.

Ölkənin əlində olan nəhəng enerji və mineral ehtiyatları – neft, qaz, qızıl, koltan və digər nadir metallar onu qlobal rəqabətin mərkəzinə çəkən əsas amildir. Bu ehtiyatlar ABŞ üçün də, Çin üçün də, Rusiya üçün də strateji əhəmiyyət daşıyır. Xüsusilə də hazırkı dövrdə nadir torpaq elementləri, litium və koltan kimi metalların süni intellekt, raket texnologiyaları, elektromobil sənayesi və müdafiə sistemləri üçün “əsas xammal” statusuna yüksəlməsi Venesuelanı qlobal güclərin resurs savaşı içində daha da dəyərli edir. Çin son illərdə Latın Amerikasında limanlardan tutmuş mədənlərə qədər geniş infrastruktur şəbəkəsi quraraq regionun mineral bazarına ciddi nəzarət qazanıb. ABŞ isə bunu öz strateji təhlükəsizliyinə təhdid hesab edir və Monro doktrinasının yeni versiyasını işə salaraq “Amerika qitəsinin arxa bağça” olduğunu yenidən vurğulayır.

Bütün bu fonun üzərində ikinci kəskin xətt Qayana ilə Esequibo mübahisəsi durur.

Bu ərazi mübahisəsi prinsipcə qədim bir sərhəd davası olsa da, Qayananın sahillərində nəhəng həcmlərdə yüngül neft yataqlarının tapılması vəziyyəti tamamilə dəyişdi. Yüngül neftin hasilat və emal baxımından daha rentabelli olmasına görə ABŞ şirkətləri regionda dominant mövqe tutdu və Vaşinqton Qayananın təhlükəsizlik təminatını açıq şəkildə öz üzərinə götürdü. Bu isə Venesuelada həm milli qürur, həm də iqtisadi maraq kontekstində güclü emosional dalğalanma yaradıb. Esequibo məsələsi Maduro üçün həm ideoloji mobilizasiya aləti, həm də daxili legitimlik mexanizmidir.

Daxili reallıq isə daha mürəkkəbdir. Venesuelanı bu qədər ağır böhranlar içində belə ayaqda saxlayan əsas sütun ideologiyadır. Çavez dövründən başlayan bolivarçı sosializm yalnız siyasi şüar deyildi, uzun illər neft gəlirləri hesabına sosial proqramlar geniş miqyasda həyata keçirilirdi. Bu proqramların yaddaşı, “xalq üçün hökumət” obrazı hələ də böyük kütlələrdə emosional dayağa çevrilib. Avtoritar idarəetmə modeli olsa da, ölkədə bir neçə qubernatorun müxalifətdən olması, seçkilərdə müəyyən rəqabətin qorunması sistemin tam qapalı olmadığını göstərir. Buna baxmayaraq, hiperinflyasiya, iqtisadi çöküş, mühacirət dalğaları və korrupsiya struktur problemləri sistemin dayanıqlığını zəiflədir.

Latın Amerikasında sosializmə meylin kökündə də sırf ideoloji simpatiya deyil, ABŞ-yə qarşı tarixi reaksiyalar dayanır. Regionun onilliklər boyu hərbi xuntalar, çevrilişlər və iqtisadi asılılıqlar yaşaması ABŞ-nin təsirini mənfi yaddaşa çevirib. Bu səbəbdən Venesuela, Kuba kimi ölkələrdə sosialist ideologiya “imperializmə qarşı müqavimət” çərçivəsində legitimləşir. Bu siyasi yaddaş sistemin daxili dayaqlarından biridir.

Ancaq hazırkı şərait dəyişir. Həm iqtisadi kollapsın dərinləşməsi, həm də regional geopolitik nizamın yenilənməsi Venesuela və Kubanı müəyyən dərəcədə Qərb sisteminə yaxınlaşmağa məcbur edir. ABŞ artıq sərt sanksiyalarla rejimi devirmək strategiyasından yavaş-yavaş uzaqlaşır və daha çox siyasi tranzisiyanı hədəfləyən taktikalara keçir. Bu, ölkəni tədricən Qərb maliyyə sisteminə yenidən bağlayır. Çin və Rusiyanın da buradakı mövqeyi güclüdür, buna görə proses sürətli olmayacaq. Lakin istiqamət aydındır: Venesuela nə tam Qərb demokratiyasına keçəcək, nə də əvvəlki kimi tam qapalı sistem olaraq qalacaq. Onu uzun, ziqzaqlı, nəzarətli bir tranzisiya mərhələsi gözləyir.

Maduronun hakimiyyətini itirməsi ehtimalı realdır, amma yalnız iki halda sürətlənə bilər: daxili elita parçalanarsa və ya böyük güclər arasında Venesuelanın “idarəolunan keçidi” barədə razılaşma yaranarsa. Əks halda, o, ideologiya, institutlar və parçalanmış müxalifət fonunda bir müddət daha sistemi idarə edə bilər. Amma dəyişməyən bir həqiqət var – Venesuela artıq əvvəlki Venesuela deyil və nə Essequibo böhranı, nə də nadir metallara görə gedən qlobal rəqabət ona köhnə siyasi konfiqurasiyada qalmağa imkan verir. Regionun siyasi xəritəsi yenilənir və bu yenilənmənin mərkəzlərindən biri məhz Venesuela olacaq.

Züriyə Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Noyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri