Icma.az
close
up
RU
Maduro üçün çəmbər daralır: Sonun başlanğıcı TƏHLİL 

Maduro üçün çəmbər daralır: Sonun başlanğıcı TƏHLİL 

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Venesuela prezidentinin hakimiyyəti illərlə davam etsə də, Nicolas Maduro üçün siyasi çəmbər getdikcə daralır. O, ölkə daxilində güc nümayiş etdirməyə və hakimiyyətə tam nəzarət etdiyini göstərməyə çalışır. Ərəb dünyasında bir vaxtlar sarsılmaz görünən Qəddafi, Hüsnü Mübarək və hətta Bəşər Əsəd kimi liderlərin taleyi göstərir ki, avtoritar rejimlər bir təkana belə dözə bilməyəcək qədər kövrəkdir. Maduro da bu taleyə doğru sürətlə irəliləyir. Venesuelada iqtisadi vəziyyət bərbad səviyyədədir. Neft hasilatındakı geriləmə, yanlış iqtisadi siyasət və ağır korrupsiya ölkəni dünyanın ən pis iqtisadi modellərindən birinə çevirib. Ölkəyə xarici sərmayə daxil olmur, yerli istehsal çöküb və imkanı olan əhali ölkəni tərk etməyə çalışır. Bu dərin böhran şəraitində Maduro hökumətinin istənilən “sabitlik” görüntüsü yalnız illüziyadır.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, Maduro uzun illərdir ki, öz siyasi ömrünü Çinin kreditlərinə və Rusiyanın təhlükəsizlik dəstəyinə bağlamağa çalışır. Ekspert vurğulayıb ki, bu iki ölkənin də Venesuelanı xilas etməyə həqiqi imkanları yoxdur: 

"Çin daha çox iqtisadi rıçaqlarla işləyir və heç bir riskli siyasi müdaxiləyə getmir. Rusiya isə özünün böhranlarla yüklənmiş siyasəti fonunda Venesuelada uzunmüddətli xilas planı təklif edə biləcək gücdən məhrumdur. Bununla belə, Maduro bu iki ölkənin siyasi çətirinin onu qoruyacağına ümid bağlasa da, bu, real vəziyyəti dəyişmir. Maduronun könüllü şəkildə hakimiyyətdən getməsi belə onu ədalət mühakiməsindən qorumaq gücündə deyil. Onun adı korrupsiya, insan hüquqlarının pozulması və siyasi repressiyalarla yanaşı çəkilir. Beynəlxalq təşkilatlar və Qərb ölkələri onun barəsində ciddi ittihamları sənədləşdiriblər. Bu səbəbdən Maduro üçün hakimiyyəti təslim etmək, böyük ehtimalla, hüquqi toxunulmazlıq gətirməyəcək.Maduro üçün ən real çıxış yolu ölkəni tərk etmək ola bilər. O, Putin hakimiyyəti dövründə Rusiyada müəyyən müddət müvəqqəti təhlükəsizlik tapa bilər. Lakin Rusiyanın özündə hakimiyyət dəyişikliyi baş verərsə, yeni siyasi reallıqlar çərçivəsində Moskvanın Maduroya sığınacaq vermək istəyinin və ya imkanının qalacağı sual altına düşəcək. Bu halda onun ekstradisiyası və ədalət məhkəməsi qarşısına çıxarılması yüksək ehtimalla gündəmə gələcək".

Analitikə görə, bugünkü mənzərə göstərir ki, Maduro öz siyasi ömrünü tükəndirib: 

"O, arxasında demək olar ki, bütün körpüləri yandırıb, daxili legitimliyi itib, beynəlxalq müttəfiqləri zəifləyib və iqtisadi situasiya daşıya bilməyəcəyi yükə çevrilib. Əlində olan yeganə üstünlük hakimiyyət aparatının sərt nəzarətidir ki,bu  həm kövrəkdir, həm də uzunömürlü deyil. Düşünürəm ki,Maduro üçün yolun sonu görünür. Onun rejimi nə iqtisadi əsaslara, nə də xalq dəstəyinə söykənir. Tarixin analoqları da göstərir ki, belə rəhbərlər gec-tez məhv olur və Maduro istisna deyil. O, siyasi səhnədən təkcə uzaqlaşdırılmayacaq, həm də Venesuelanı saldığı vəziyyətin hesabını verməyə məcbur olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri