Icma.az
close
up
RU
Maestro Niyazinin anadan olmasının 114 cü ildönümü qeyd edilib

Maestro Niyazinin anadan olmasının 114 cü ildönümü qeyd edilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı maestro Niyazinin anadan olmasının 114-cü ildönümüdür. Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində maestronun doğum gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və ictimaiyyət xadimləri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyi və əməkdaşları I Fəxri xiyabana gələrək maestro Niyazinin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra Niyazinin mənzil-muzeyində tədbir keçirilib. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış ediblər.

Çıxışlarda maestro Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən, dirijor və bəstəkar kimi zəngin yaradıcılıq irsindən, milli musiqimizin təbliği və dünya miqyasında tanıdılmasında mühüm rolundan bəhs olunub. Qeyd edilib ki, Niyazinin sənət irsi Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsidir və onun yaradıcılığı bu gün də musiqi ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyır.

Tədbir bədii hissə ilə davam edib.

Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Rəngarəng musiqi proqramı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış, maestro Niyazinin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

Fotoqraf – Orxan Kərimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Avqust 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri