Maestro Niyazinin yaratdığı ənənə: Açıq səma altında musiqi bayramı
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Bakıda Maestro Niyazinin doğum günü ölməz əsərləri və yaratdığı ənənə ilə qeyd edilib.
Oxu.Az xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay zalında musiqisevərlərə SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Maestro Niyazinin doğum gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub.
Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri çıxış edib.
Proqramda Maestro Niyazinin sevilən əsərləri ilə yanaşı, Azərbaycan musiqisinin digər klassikləri - Üzeyir Hacıbəyli, Qara Qarayev, Vasif Adıgözəlov və Asəf Zeynallının da əsərləri səsləndirilib.
Musiqi axşamı həm peşəkar ifaçılıq, həm də zəngin repertuar seçimi ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.
İfa olunan əsərlərin hər biri xüsusi alqışlarla qarşılanıb.
Konsertdə sənət adamları, musiqişünaslarla yanaşı, maestro Niyazinin sənət irsini sevən geniş musiqi ictimaiyyəti də iştirak edib.
Qeyd etmək yerinə düşər ki, bir zamanlar açıq səma altında konsertlərin keçirilməsi ideyasını gerçəkləşdirən şəxs məhz Maestro Niyazi olub. Onun təşəbbüsü ilə başlayan bu ənənə artıq Azərbaycan musiqi həyatının ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan, Yay zalında keçirilən hər bir tədbir maestroya ehtiramın simvolu kimi qiymətləndirilir.
Bu möhtəşəm musiqi axşamı bir daha sübut etdi ki, Niyazinin adı və sənət irsi Azərbaycan musiqi mədəniyyətinin canlı yaddaşıdır.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 Avqust 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















