Magistr dərslərinin 38% i modul tipinə keçib: Gələn il daha çox olacaq
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Magistratura pilləsində dərslərin bir qismində modul, digərlərində isə ənənəvi formada təşkili müzakirə olunan əsas məsələlərdən birinə çevrilir. Eyni ixtisas üzrə fərqli universitetlərin tamamilə ayrı metodlara üstünlük verilməsi tədrisin yükünü, qiymətləndirməni və tələbənin əldə etdiyi nəticələrdə də fərqli edir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil sahələri üzrə ekspert Kamran Əsədov vurğulayıb ki, magistratura səviyyəsində tədrisin modul və ənənəvi formalar arasında parçalanması ali təhsilin nəticə yönümlülüyünə və ixtisaslaşma dərinliyinə birbaşa təsir edən struktur məsələdir:
“Hazırda Azərbaycan universitetlərində bu iki model paralel şəkildə tətbiq edilsə də, tətbiq mexanizmi, yüklənmə dərəcəsi və nəticə qiymətləndirməsi arasında ciddi fərqlər mövcuddur”.
Onun sözlərinə görə, hazırda ölkə üzrə magistr proqramlarının təxminən 38%-i modul, qalan hissəsi isə ənənəvi semestr əsaslı sistemlə həyata keçirilir. Bu parçalanma tələbələrin nəticələrinin müqayisə oluna bilməməsi, tədris keyfiyyətinin vahid ölçü çərçivəsində qiymətləndirilməməsi və əmək bazarında dəyərin bərabər tanınmaması kimi problemlər yaradır.
“Azərbaycan Respublikasında Ali Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda (2013–2025) göstərilir ki, ali təhsil məsafədən, çevik və nəticəyə əsaslanan formatlarla zənginləşdirilməli, təhsil proqramları isə əmək bazarının dəyişən tələblərinə uyğun çevik struktura malik olmalıdır:
“Bu müddəa modul sistemin fəlsəfəsi ilə daha çox uzlaşır. Modul tədris qısa müddətli, intensiv, fokuslaşdırılmış öyrənmə mərhələləri ilə tələbəyə konkret kompetensiya qazandırır” – deyə K. Əsədov qeyd edib.
Ənənəvi modelin də üstünlüklərindən danışan təhsil eksperti vurğulayıb ki, nəzəri yönümlü ixtisaslarda – tarix, fəlsəfə, filologiya, fundamental sosial elmlər, pedaqogika kimi sahələrdə semestr əsaslı uzunmüddətli dərslər biliklərin ardıcıl şəkildə mənimsənilməsi üçün daha əlverişli hesab edilir.
Onun sözlərinə görə, modul yanaşma daha çox tətbiqi və peşə yönümlü sahələrdə – menecment, informasiya texnologiyaları, maliyyə, mühəndislik, layihə idarəetməsi, inklüziv təhsil, STEAM, psixologiya kimi praktiki kompetensiya tələb edən ixtisaslarda özünü daha çox doğruldur. Bu ixtisaslarda qısa müddətdə konkret bacarıq öyrənmək və dərhal tətbiq etmək zərurəti olduğundan modul sistem həm ritmə, həm də nəticəyə uyğun gəlir.
“Problem ondadır ki, Azərbaycanda bu iki model arasında seçim çox vaxt pedaqoji zərurətə yox, universitetin daxili qərarlarına əsaslanır. Halbuki model seçimi ixtisasın mahiyyətindən asılı olaraq elmi əsaslandırılmış şəkildə həyata keçirilməlidir”.
“Modul və ənənəvi sistem bir-birinə alternativ deyil; hərəsinin üstünlüyü ixtisasın mahiyyəti ilə müəyyən olunur. Vahid, elmi əsaslı, ixtisas yönümlü standartlaşdırma tətbiq edildikdə bu paralellik problem yaratmayacaq, əksinə, ali təhsilin keyfiyyətini yüksəltmək üçün diferensial tədris modeli formalaşdıracaq” -deyə o sonda qeyd edib.
Baxış sayı:74
Bu xəbər 27 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















