Icma.az
close
up
RU
Magistratura imtahanının formatında dəyişiklik edilsin TƏKLİF

Magistratura imtahanının formatında dəyişiklik edilsin TƏKLİF

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Magistratura imtahanının formatında dəyişiklik mütləqdir. Məsələn, şəxs tarixi və ya jurnalistikanı bitirib magistraturaya hazırlaşmaq istəyir. Magistratura imtahanını nədən verir? Məntiq, informatika, xarici dil. Öz ixtisası üzrə heç bir imtahanda iştirak etmir, heç bir sual görmür. Bir az absurd deyilmi?".

Bunu Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev magistratura imtahanının formasının dəyişdirilməli olduğundan danışarkən bildirdi.

Onun sözlərinə görə, magistratura akademik göstəricidir:

"Yəni mən akademik karyeramı inkişaf etdirmək üçün magistratura oxuyuram. Öz akademik göstəricimi, karyeramı inkişaf etdirmək üçün öz ixtisasım üzrə magistraturada iştirak etmək üçün məntiqdən, informatikadan, ingilis dilindən imtahan verirəm, amma öz ixtisasımdan imtahan vermirəm. Öz ixtisasım qalır kənarda, digər fənlərdən imtahan verirəm. Demirik ki, bu fənlər lazım deyil. Xarici dil olmalıdır, informatika artıq texnologiya dövrüdür, olsun, riyaziyyat, məntiq ana fənndə olsun, problem yoxdur. Amma imtahanda iştirak edən gəncin öz ixtisasının da sualları olsun".

Təhsil ekspertinin fikrincə, əgər şəxs jurnalistikanı bitiribsə və jurnalistika ixtisası üzrə magistraturada iştirak etmək istəyirsə, bu jurnalistikadan da suallara cavab verməlidir:

"Keçən ilin qəbul imtahanlarına baxdığımız təqdirdə, qəbul imtahanlarında ən yüksək bal toplayanlar riyaziyyat, informatika yönümlü tələbələrdir. Yəni bu sahəni bitirən tələbələrdir. İT ixtisasını bitirənlər, riyaziyyatı bitirənlərdir, çünki bu ixtisası bitirənlər qarşısına çıxan testləri rahat bir şəkildə yaza bilirlər. Çox zəif nəticə göstərənlər də humanitar fənnin tələbələridir, yəni humanitar ixtisasları bitirənlərdir. Çünki bunların əksəriyyəti riyaziyyatı yaxşı bilsəydilər, bəlkə də dəqiq fənlərə istiqamətlənərdilər. Yəni burada ədalətsizlik də var. Çünki humanitar fənni bitirənlərin nəticələri ilə dəqiq fənni bitirənlərin nəticələri magistratura imtahanında tamamilə başqa olur. Yəni magistratura imtahanında daha yüksək bal toplayanlar dəqiq fənn tələbələridir. Humanitar fənn tələbələri o qədər də yaxşı bal toplaya bilmir. Ona görə demək istəyirəm ki, magistratura imtahanının formatı mütləq dəyişilməlidir. Mütləq və mütləq dəyişilməlidir. Əgər mən gələcək akademik karyeramda tarix elmləri doktoru olacağamsa, mən bakalavriat olaraq bitirdiyim ixtisasdan da imtahan verməliyəm. Mənim ixtisas sahəm budur axı".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see175

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri