Magistratura imtahanları belə keçirilə bilər TƏKLİF
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Son vaxtlar magistratura səviyyəsinə qəbul qaydaları cəmiyyətdə müzakirə mövzularından birinə çevrilib. Xüsusilə də tələbələr və mütəxəssislər arasında belə bir fikir səslənir ki, qəbul imtahanlarına ixtisas fənləri üzrə suallar da daxil edilməlidir. Bəs bu addım nə dərəcədə məqsədəuyğundur, mövcud sistemə hansı təsirləri göstərə bilər və tələbələr üçün əlavə çətinlik yaradarmı?
Redaktor.az-ın sualını cavablandıran elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd etdi ki, bu, zaman-zaman səslənən bir fikirdir:
"Amma bu, bakalavrlara əlavə dərs yükünün çoxluğu olur. Çünki hal-hazırda onlar üç fəndən — informatika, məntiq və xarici dil fənn blokuna daxil olan fənlərdən imtahan verirlər.
Dörd–beş il bundan əvvəl ixtisas fənlərindən də suallar salınırdı və birinci imtahan məntiq, informatika, xarici dil fənlərindən olduğu halda, ikinci imtahanlar məhz ixtisas fənlərindən keçirilirdi. Amma bu qayda artıq dəyişilib və hazırda yalnız bu üç fəndən imtahan verirlər. Eyni zamanda imtahanı iki dəfə vermək imkanları olur — həm birinci cəhd imtahanı, həm də ikinci cəhd imtahanı. Bu, magistratura səviyyəsinə qəbul üçün daha əlverişli imkan deməkdir".
Ekspertin sözlərinə görə, əsas məsələ əlavə dərs yükü məsələsidir.
"Hal-hazırkı vəziyyətdə bakalavrların imtahanları daha uyğundur və dünyanın əksər ölkələrində də konkret olaraq məhz Dövlət İmtahan Mərkəzinin təyin etdiyi model əsasında qəbul aparılır. Elə ölkələr var ki, yalnız bir istiqamət üzrə imtahan keçirərək qəbul həyata keçirir. Ona görə də ixtisas fənlərindən sualların salınması məsələsi bir qədər çətinliyin artması anlamına gəlir.
Yalnız belə etmək olar ki, ikinci istiqamət müsahibə əsasında keçirilsin. Birinci cəhdi verdikdən sonra ixtisas fənləri üzrə konkret bilikləri yoxlamaq üçün ikinci istiqamətdə müsahibə təşkil etmək olar. Bu isə prosesi bir qədər yubadacaq deyə düşünürəm. Açığı indiki vəziyyətin qalmasının daha çox tərəfdarıyıq", - deyə o vurğuladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Yanvar 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















