Magistraturada dərslər saat neçədə başlayır? Universitetlərə görə SİYAHI
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Bakalavrlar arasında magistraturaya marağın azalması məsələsi tez-tez müzakirə edilir. Bununla bağlı müxtəlif səbəblər deyilir. Bunlardan biri isə məzunların elmi fəaliyyətə yox, əmək bazarına, işləməyə daha çox üstünlük verməsidir. Buna görə də əksəriyyəti magistratura dərslərini, dərs saatlarını işləməyə maneə kimi görürlər.
Nəzərə alaq ki, Azərbaycanda iş yerlərinin əksəriyyəti saat 9:00-18:00 aralığında fəaliyyət göstərir.
Bunu nəzərə alsaq, hansı universitetlərdə magistratura dərslərinin vaxtı işləyən tələbələrə də sərf edir?
Bizim.Media mövzuyla bağlı Azərbaycanın bəzi universitetlərinə sorğu ünvanlayıb:
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Elnur Hadıyev bildirib ki, ADNSU-da magistratura dərsləri saat 18:30-da başlayır. Həm həftədə 3, həm də 4 dərsi olan qruplar var.
Azərbaycan Dillər Universitetində isə magistrlar üçün dərslər 17:45-də başlayır. Bunu universitetin mətbuat katibi Cavid Zeynallı bildirib.
“1-ci dərs 17:45-19:05, 2-ci dərs 19:10-20:30-dadır”.
Azərbaycan Texniki Universitetinin (AZTU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova da bildirib ki, universitetdə magistratura səviyyəsində dərslər saat 19:00-da başlayır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev isə qeyd edib ki, AZMİU-da magistratura səviyyəsində dərslər 18:00-da başlayır:
“Magistratura səviyyəsində təhsil alan tələbələr üçün dərslər axşam saatlarında təşkil olunur. Bu artıq bir neçə ildir ki, AZMİU-da tətbiq olunur. Burada əsas məqsəd işləyən tələbələrimizin tədris prosesinin təşkil olunmasıdır”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev sorğumuza cavab olaraq deyib ki, magistratura tələbələri üçün dərslər müxtəlif saatlarda başlayır. Bu, kursdan və ADPU-nun tədris binasından asılı olaraq dəyişir. Ümumilikdə isə əsasən 16.10-da və 17.40-da başlayır.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:508
Bu xəbər 18 Mart 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















