Icma.az
close
up
RU
Magistraturada qiyabi təhsil MÜMKÜN OLACAQ?

Magistraturada qiyabi təhsil MÜMKÜN OLACAQ?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

“Təhsil qanunvericiliyinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi, magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi, bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Halbuki, belə təsnifat bir çoxlarına bakalavriat təhsilinin yarımçıq, kollec, “köhnə dildə” desək, texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllər də olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib”.
Bu fikirləri Bizim.Media-ya danışan təhsil üzrə ekspert Nadir İsrafilov deyib.
 

MÖVZU İLƏ BAĞLI:
1500-ə yaxın tələbə pulsuz təhsil alacaq – DİM


Qiyabi magistratura təhsilinin olmaması ilə bağlı fikirlərini bölüşən ekspert bildirib ki, magistratura təhsili isə ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir:
“İndi gəlin görək, bəhs etdiyimiz qaydalar hansı səviyyədə, dərəcədə müəyyən edilib və müəyyən edilən qaydaların mexanizmi nə dərəcədə işləkdir? Hazırda bakalavriat və maqistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq.
Gəncləri magistraturaya cəlb etmək üçün hətta Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb, plan yerlərinin artırılmasına cəhdlər edilib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişikliklər aparılıb, magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsi təmin edir”.
“Təkpilləli ali təhsil sisteminə keçə bilərik”
Müsahibimiz onu qeyd edib ki, maqistratura təhsili ölkəmizin Avropada ortaq təhsil məkanı yaratmaq ideyasına xidmət edən Bolonya prosesinə qoşulmağımızla əlaqədar təhsil sistemimizə daxil edilib:
“Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət etməli idi. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılırdı. Lakin gözləntilər özünü lazımınca doğrultmadı.
Bir çox ölkələr iki pilləli - bakalavriat və maqistratura pllələrindən imtina edərək, əlavə 2 ilə ehtiyac görmür, əvvəlki qaydada təkpilləli 5 illik təhsi sisteminə keçmək barədə düşünürlər. Bu mənada biz də ya ali təhsilin pillələrinə yanaşma tərzimizi dəyişməli, ya da bir çox ölkələrdə olduğu kimi, iki pilləli ali təhsildən təkpilləli sistemə keçilməliyik.
Son zamanlar nəinki, magistratura, hətta bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi baradə fikirlər səsləndirilir...
O ki, qaldı magistraturanın qiyabi şöbəsinə, sanki, əyani magistrların bütün problemləri həll olmuşdu, qalmışdı bircə qiyabiçilərin... Hələ ki, magistratura üzrə qiyabi təhsil mövcud deyil və buna ehtiyac da yoxdur. Bu gün hətta bakalavriatda bir çox ixtisaslar üzrə qiyabi şöbələr bağlanılır, o ki, qaldı magistratura təhsili olsun. Bir də ki, elm cəfakeşləri üçün, bir növ qiyabi təhsili əvəz edə biləcək dissertantura var. Arzusunda olanlar, hər hansı bir mövzu götürüb, elmi-tədqiqat işləri ilə məşğul ola bilərlər. Təki istək olsun...”
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:367
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri