Icma.az
close
up
RU
Mahaçev və Qarri UFC 330 öncəsi bir birilərinə meydan oxuyublar

Mahaçev və Qarri UFC 330 öncəsi bir birilərinə meydan oxuyublar

Icma.az bildirir, Idman.biz portalına istinadən.

UFC 330 turnirinin əsas döyüşündə üz-üzə gələcək İslam Mahaçev və İan Maçado Qarri qarşılaşma öncəsi öz üstünlüklərindən danışıblar. Yarımorta çəki üzrə çempionluq kəmərinin ortaya qoyulacağı görüş avqustun 15-də Filadelfiyada keçiriləcək.

İdman.Biz xəbər verir ki, İslam Mahaçev rəqibi üzərində nəzarəti ələ alacağına və döyüşü erkən başa vura biləcəyinə inandığını bildirib.

“Bizdən çox heç kim məşq etmir. Mən təkcə qrappler deyiləm, dünyanın ən yaxşı döyüşçüsüyəm. Bütün bacarıqlarımdan istifadə edəcəyəm. İan bu idmanın yeni nəslidir, gəncdir. O, UFC dünya çempionu olmaq istəyir. Onun çox yaxşı döyüş üslubu var, amma biz öz planımızı davam etdirməliyik”, - deyə Mahaçev söyləyib.

UFC çempionu Dağıstan güləşinin üstünlüyünə də diqqət çəkib:

“Bu döyüşü mən nəzarətdə saxlayacağam. Dağıstan güləşi dünyanın ən yaxşısıdır. Onu ilk raundda məğlub edə bilərəm. Döyüşdən əvvəl hamı məni məğlub edəcəyini deyir, amma sonda bu, heç vaxt işləmir”.

İan Maçado Qarri isə Mahaçevin indiyədək onun fiziki göstəricilərinə və hərəkətliliyinə malik rəqiblə qarşılaşmadığını bildirib:

“İslam heç vaxt mənim qədər uzunboylu və gənc biri ilə qarşılaşmayıb. Üstəlik, mənim kimi hərəkət edən biri ilə də heç vaxt döyüşməyib. Mən onu məğlub edəndə heç bir bəhanə olmayacaq. İan Qarri dünyanın ən yaxşı döyüşçüsüdür, vəssalam”.

İrlandiyalı döyüşçü bu qarşılaşmanın onun karyerasında xüsusi yer tutduğunu da vurğulayıb:

“Bu döyüş gördüyüm bütün işlərin zirvəsidir. Heç bir halda, heç bir şəraitdə həmin oktaqondan belimdə o kəmər olmadan çıxa bilmərəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Avqust 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri