İslam Mahaçev Yan Qarri ilə döyüşməyəcək
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Yarımorta çəkidə hazırkı UFC çempionu, 34 yaşlı rusiyalı İslam Mahaçevin meneceri Əli Əbdüləziz, yetirməsinin növbəti rəqibinin 77 kq çəki dərəcəsində döyüşən irlandiyalı Yan Qarri olacağı ilə bağlı şayiələrə reaksiya verib.
İdman.Biz bildirir ki, menecer şayiələri təkzib edib.
“Yan (Qarrinin) adı ortada yoxdur. Bu, daha böyük bir hadisədir. UFC-nin hazırda təşkil edə biləcəyi ən böyük döyüşlərdən biridir. Bizi izləməyə davam edin”, - Əbdüləziz sosial media səhifəsində yazıb.
Mahaçev hazırda UFC-də 16 qələbə seriyasına malikdir. Onun rekordu 28 qələbə və bir məğlubiyyətdir. Mahaçev son döyüşündə Nyu-York şəhərində keçirilən “UFC 322”də avstraliyalı Cek Della Maddalena ilə qarşılaşıb. Mahaçev döyüşü yekdil qərarla qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 02 Mart 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















