Icma.az
close
up
RU
Mahinur Özdemir Göktaş: Türk dünyasının fundamenti ailədir

Mahinur Özdemir Göktaş: Türk dünyasının fundamenti ailədir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası keçirilib.

İclasda iştirak edən Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Oxu.Az-a özəl açıqlamasında ailə institutunun türk dünyası üçün önəminə diqqət çəkərək, iclasın gündəliyi ilə bağlı fikirlərini bildirib.

"Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə yaradılmış strukturdur. Sosial siyasət nazirləri olaraq ikinci iclası Azərbaycanda keçirdik. Türk dünyasının fundamenti ailədir. Hamımız bilirik ki, türk dövlətlərinin birliyi ailə ilə güclənib və ailə ilə qurulub. Güclü ailə güclü cəmiyyət deməkdir", - deyə o qeyd edib.

Nazir Göktaş iclasda doğum nisbətinin azalmasından tutmuş ailədaxili problemlərə qədər bir çox mövzunun müzakirə edildiyini bildirərək, türk dövlətlərinin bu mövzuda oxşar həssaslıqlara malik olduğunu vurğulayıb:

"Bu iclasla doğum sayının azalması, evlilikdən əvvəl dəstəklər, qocalara qulluq modelləri kimi məsələləri ətraflı müzakirə etmək imkanımız oldu. Hər ölkə öz təcrübələrini bölüşdü. Bu görüşlər bizim üçün dəyərli xəzinədir. Çünki ailə həm keçmişimiz, həm bu günümüz, həm də gələcəyimizdir".

Rəqəmsallaşmanın insanları tənhalaşdırdığına diqqət çəkən nazir bu qopmanın xüsusilə ailə strukturuna ciddi təsirlər göstərdiyini bildirib:

"Bu gün rəqəmsal çağda insanlar tənhalaşır, ailə telləri zəifləyir. Biz bu telləri yenidən gücləndirmək və ailə siyasətlərini sürətləndirməkdən ötrü bu iclasları son dərəcə vacib hesab edirik".

O bu yaxınlarda Türkiyənin ev sahibliyi etdiyi başqa bir tədbiri xatırladaraq söyləyib:

"Mayın 22-23-də İstanbulda Beynəlxalq Ailə Forumuna ev sahibliyi etdik. Bu forumda 27 ölkənin nazirləri ilə bir yerə toplandıq. Can Azərbaycan da yanımızda idi. Forumda rəqəmsallaşmanın ailə strukturuna vurduğu ziyan, əhalinin azalması, əmək bazarındakı çatışmazlıqlar və insanların tənha ölməsi kimi mühüm məsələləri gündəmə gətirdik. Bu problemlərin həlli üçün indidən siyasətlər formalaşdırmalıyıq".

İclasın türk dünyasına böyük töhfələr verdiyini vurğulayan nazir əlavə edib:

"Bu cür iclaslar ortaq mədəni və sosial dəyərlərimizi daha da möhkəmləndirir. Ailənin hər bir üzvünü gücləndirmək sağlam və güclü nəsillərin təminatıdır".

Elçin Aslangil

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyun 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri