Icma.az
close
up
RU
Mahinur Özdemir Göktaş: Türkiyədə sosial siyasət sahəsində mühüm addımlar atılır

Mahinur Özdemir Göktaş: Türkiyədə sosial siyasət sahəsində mühüm addımlar atılır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 iyun, AZƏRTAC

Türk dünyasının ortaq dəyərlərindən biri olan ailə yalnız toplumların təməli deyil, eyni zamanda, millətlərin gələcəyidir. Ailə hər bir fərdin mənəvi dayağı, mənsub olduğu cəmiyyətlə bağlarını gücləndirən əsas sütundur. Onu qorumaq və gələcək nəsillərə ötürmək hər kəsin mənəvi borcudur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləkləyici siyasətlər" adlı tədbirdə deyib.

O qeyd edib ki, 2025-ci ilin Türkiyədə “Ailə ili” elan olunması bu sahədə Türkiyənin məsuliyyətini və ailəyə verilən əhəmiyyəti bir daha göstərir.

“Bu gün burada, qardaş Azərbaycan torpağında təşkil olunan və artıq ikinci dəfə keçirilən bu mühüm iclasda müzakirə ediləcək məsələlər ortaq problemlərimizin həllində bizlər üçün bir istiqamət olacaq. Evlilik yaşının getdikcə yüksəlməsi, boşanma hallarının sayının artması təkcə sosial sahəyə deyil, iqtisadi və mənəvi sahələrə də ciddi təsir göstərir. Bu problemlər ailə dəyərlərinin aşınmasına, evlilik və valideynlik kimi anlayışların dəyərdən düşməsinə gətirib çıxarır”, - deyə nazir vurğulayıb.

Mahinur Özdemir Göktaşın sözlərinə görə, uşaqların psixososial inkişafına mənfi təsir edən problemlərin həllinə kompleks yanaşma vacibdir. Bu səbəbdən günümüzün reallıqlarına uyğun, qabaqlayıcı və əhatəli sosial siyasətlərin formalaşdırılması və tətbiqi prioritet məsələlərdəndir.

“Türkiyə olaraq ailə və sosial siyasət sahəsində bir sıra mühüm addımlar atırıq. Gənclərə evlilik öncəsi təlimlər, ailə psixologiyası dəstəkləri, iqtisadi təşviqlər ilə bağlı uzunmüddətli proqramlar həyata keçiririk. Xüsusilə gənc cütlüklərə dəstək məqsədilə güzəştlər və stimullaşdırıcı tədbirlər tətbiq edilir. Məqsədimiz ailənin rifahını və cəmiyyətin dayanıqlı inkişafını təmin etməkdir”, - deyə Türkiyənin ailə və sosial xidmətlər naziri əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri