Icma.az
close
up
RU
Mahir Emreli: “Bəlkə də qrupun ən önəmli qələbəsi idi”

Mahir Emreli: “Bəlkə də qrupun ən önəmli qələbəsi idi”

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan futbol millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının D2 qrupunda Litva ilə qarşılaşmada qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, hücumçu matçın gözlənildiyi kimi ağır keçdiyini bildirib.

“Çox ağır, yüksək tonuslu oyun keçdi. Belə olacağını əvvəldən bilirdik. Bu üç gündə həm komanda olaraq, həm də futbolçular fərdi şəkildə özlərini oyuna çox yaxşı kökləmişdilər. Xüsusilə birəbir mübarizələrdə hiss olunurdu ki, komanda həqiqətən bir-biri üçün mübarizə aparır. Belə oyunlarda birəbir mübarizələrin çoxunu qazanırsansa, əksər hallarda bunun nəticəsini də görürsən”, - deyə hücumçu söyləyib.

Emreli komandanın daha çox qol vurmaq imkanının olduğunu da qeyd edib:

“Bir qol vurduq, amma düşünürəm ki, bu gün daha çox qol vura bilərdik. Təbii ki, bunun üzərində işləməliyik. Bəzi futbolçular klublarında az oynayırlar. Mən də yay təlim-məşq toplanışında bunu hiss edirdim. Epizodlara girəndə bəzən fürsətləri qaçırırsan. Amma oynadıqca və həmin epizodlara daha çox düşdükcə bu, artıq vərdiş halına gəlir”.

Hücumçu Lixtenşteynlə əvvəlki qarşılaşmanın nəticəsindən sonra Litva üzərində qələbənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Sevincliyik, önəmli qələbə idi. Xüsusilə Lixtenşteynlə oyundakı nəticədən sonra bu qələbə çox vacib idi. Həm mental baxımdan komandaya müsbət təsir etdi, həm də bir mesaj verdi. Pis nəticədən dərhal sonra toparlanıb yenidən mübarizəyə qoşulmaq sevindirici haldır”.

Emrelinin sözlərinə görə, Litva ilə matç qrupdakı ən vacib qarşılaşmalardan biri olub:

“Məntiqlə düşünəndə başa düşürsən ki, Lixtenşteynə qalib gəlsəydik belə, bu oyunda da qələbə qazanmalı idik. Çünki bu qarşılaşmada qələbə olmasaydı, əvvəlki oyunlardakı nəticələrin də bir mənası qalmazdı. Bu, çox önəmli qələbə idi. Bəlkə də qrupun ən önəmli qələbəsi idi”.

O, qarşıda daha bir oyunun qaldığını xatırladaraq emosiyaları nəzarətdə saxlamağın vacibliyini bildirib:

“Ən önəmlisi belə hallarda nə həddindən artıq sevinmək, nə də Lixtenşteynlə oyundan sonra olduğu kimi çox üzülməkdir. Sakit qalmaq lazımdır. Sakit qaldığın təqdirdə ümid edirəm ki, nəticə hər dəfə gələcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Oktyabr 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri