Mahir Emreli zədələndi
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli zədələnib.
"Unikal" xəbər verir ki, bu barədə 2-ci Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
28 yaşlı hücumçu 31-ci turda "Fortuna" ilə matçda əlindən xəsarət alıb. Onda metakarpal (əl sümüyü) sınığı aşkarlandığı qeyd olunub.
Hazırda futbolçunun müalicə olunduğu, onun xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcəyi bildirilib. Qeyd olunub ki, Mahirin nə vaxt məşqlərə başlayacağı hələlik bəlli deyil.
Qeyd edək ki, "Fortuna" ilə matçda (3:3) komandasının 2-ci qolunu vuran Emreli ardıcıl 3 oyundur ki, fərqlənir. O, son 3 qarşılaşmada rəqib qapılarına 4 dəfə yol tapıb.
Bu mövzuda digər xəbərlər:Mahir Emreli zədələndi RƏSMİ
28 Aprel 2025 20:02
Mahir Emreli zədələndi aylarla oynamayacaq
11 Noyabr 2025 08:59
Mahir Emreli zədələndi meydana çıxa bilməyəcək.
31 Avqust 2025 15:39
Mahir Emreli 15 dəqiqə oynadı və zədələndi
09 Noyabr 2025 11:20
Mahir Emreli ağır zədələndi, göz yaşlarını saxlaya bilmədi
09 Noyabr 2025 10:44
Baxış sayı:110
Bu xəbər 29 Aprel 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















