Icma.az
close
up
RU
Mahir Emreli bundan sonra futboldan çox pul qazanmağı düşünməlidir

Mahir Emreli bundan sonra futboldan çox pul qazanmağı düşünməlidir

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli "Nürnberq"dən ayrılmağa hazırlaşır. 27 yaşlı forvardın Cənubi Koreyanın "Seul" klubuna keçəcəyi gözlənilir.

Mahirin karyerası ilə bağlı hansı qərarı verməsinin ona faydalı olacağını öyrənmək üçün futbol eksperti Ceyhun Sultanovla əlaqə saxladıq. Sportal.az saytına danışan Ceyhun bəy Emrelinin həm yaxşı pul qazanacağı, həm də stabil oynaya biləcəyi kluba getməsinin daha doğru olacağını bildirdi:

"Legiya"ya gedəndən sonra Mahir Emrelidən daha çox şey gözləyirdim. Düşünürdüm ki, daha da inkişaf edəcək. Amma orada alınmadı. Daha sonra Mahir "Dinamo"ya getdi. Zaqreb təmsilçisi Avropada ən yaxşı tranplin hesab olunan klublardandır. Orada da bunu edə bilmədi. Sonra Mahir Türkiyə Super Liqası, Almaniya II Bundesliqasına yollandı. Fikrimcə, Mahir Emreli bundan sonra futboldan çox pul qazanmağı düşünməlidir. Futbolçu ömrü az olur. Artıq Mahirin 27 yaşlı var. 3-4 il yaxşı futbol oynaya bilər. 31 yaşdan sonra yavaş-yavaş düşüş başlayır.

Mahir pul qazanmaqla yanaşı, getdiyi klubu da düşünməlidir. Məsəsən, Banqladeşdə 1 milyon avro maaş, Cənubi Koreyada isə 500 min avro maaş verirlərsə, ikinciyə getməsi daha məqsədəuyğundur. Onun 30-31 yaşı olsaydı, deyərdim ki, ölkəyə baxma, harada yaxşı pul verirlərlə ora da get. Bu gün onun 27 yaşı var. Həm pulu düşünməlidir, həm də hansı komandaya gedirsə, orada möhkəmlənməlidir.

Ramil Şeydayev "Qarabağ"da karyerasının pik formasında olarkən pulu düşünüb Tailanda getdi. Orada effektini görə bilmədi. Türkiyədə də istənilən performansı göstərə bilmədi. İndi də "Neftçi"də oyununu göstərə bilmir. Maliyyə ilə yanaşı, getdiyin klubu da düşünməlisən. Bu gün Mahir TOP klublara getməyi düşünməməlidir.Çünki, indi heç bir TOP klub 27 yaşlı azərbaycanlı futbolçunu almayacaq. Bunu hamı dərk edir. Bir var oturub pul qazanmaq, bir də var oynayıb pul qazanmaq. Məncə, Cənubi Koreya çempionatı o qədər də pis liqa deyil".

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Fevral 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri