Daha çox oynamaq istəyirəm Mahir Emreli
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" Almaniya II Bundesliqasının XXIII turunda səfərdə "Pröyssen"ə 3:2 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan azərbaycanlı hücumçu 88-ci dəqiqədə meydana daxil olub. 29 yaşlı futbolçu matçdan sonra "Der-betze-brennt" nəşrinə açıqlama verib. Mahir daha çox oynamaq istədiyini bildirib:
“Mənim üçün çətin dövr idi. İlk növbədə son aylarda mənə kömək edən və reabilitasiya prosesində məni dəstəkləyən hər kəsə təşəkkür etmək istəyirəm. Hazırda özümü 85–90 faiz hazır hiss edirəm. Motivasiyam isə 100 faizdir. Daha çox oynamaq istəyirəm. Ümid edirəm ki, bu mövsüm daha bir neçə qol vuracağam.”
Qeyd edək ki, mahir Emreli 2025-ci ilin noyabr ayından "Kayzerslautern"in oyunlarında iştirak etmirdi.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:331
Bu xəbər 23 Fevral 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















