Icma.az
close
up
RU
Mahir Emreli: İlk üçlük uğrunda mübarizə aparacaq potensiala sahibik

Mahir Emreli: İlk üçlük uğrunda mübarizə aparacaq potensiala sahibik

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mən projektor işıqları altında oynamağı sevirəm".

İdman.biz xəbər verir ki, bu sözləri "Kayzerslautern"in hücumçusu Mahir Emreli Almaniyanın "Bild" nəşrinə açıqlamasında bildirib.

O, özünün və hücumdakı oyundaşları İvan Prtayin və Daniel Hanslikin qol vurmağı hamıdan çox istədiklərini deyib: "Amma kimin qol vurduğunun fərqi yoxdur, əsas odur ki, biz üç xal qazanaq."

Emreli anlayır ki, "Hannover"ə ilə oyundakı 0:1 hesablı məğlubiyyətdən sonra hücum xətti tənqid edilib, amma o buna sakit yanaşır:
"Təbii ki, hücum nəticə verməyəndə insanlar narazı qalır. Qol vurduqda isə daha da sevinirlər. Bu günlərdə insanlar daha çox statistikaya baxırlar, nəinki gözəl oyunlara. Bu səbəbdən tənqidi anlayıram – bu, futbolçu həyatının bir hissəsidir".

Koordinasiya hələ də istənilən səviyyədə deyil. Hücum xəttində qarşılıqlı anlaşma? Onu yaxşılaşdırmaq mümkündürmü? "Kayzerslautern"in yeni transferi bunu belə izah edir: "Düşünürəm ki, mənimlə İvanın hələ zamana ehtiyacı var. Bu qədər qısa müddətdə oyunumuz ideal ola bilməz. Bir neçə matçdan sonra hər şey xeyli yaxşılaşacaq".

Emreliyə güc verən nədir? O, komanda ruhu, qələbə istəyi, atmosferi qeyd edir: "Keçən mövsüm Kayzerslauterndəki inanılmaz oyundan çox adama danışmışam. Atmosfer fantastik idi, stadionun memarlığı isə təsiredicidir. Mən bir çox böyük stadionlarda oynamışam, amma bu arena xüsusidir".
Apreldə o, keçmiş komandası "Nürnberq"lə burada 2:1 hesabı ilə qalib gəlmiş və hətta qol da vurmuşdu.

Azərbaycan millisinin 28 yaşlı futbolçusu "Kayzerslautern"in yeni mövsümdə evdə ilk oyunu öncəsi ümidli danışır: "Ümid edirəm ki, bu ilk ev oyunu uğurlu bir başlanğıc olacaq".

Komandası səfərdə "Hannover" kimi güclü rəqibə qarşı çempionatın ilk oyununda məğlub olsa da, Emreli "qırmızı şeytanlar"la uğurlu mövsümə hələ də inanır: "Komandada çoxlu istedadlı və peşəkar futbolçular var. Məncə, biz ilk "üçlük" uğrunda mübarizə aparacaq potensiala sahibik — bu, mənim şəxsi fikrimdir. Özümüzə eyni dərəcədə inamlı olmalıyıq".

Qeyd edək ki, "Kayzerslautern" II Bundesliqanın 2-ci turu çərçivəsində avqustun 9-da evdə iddialı "Şalke" ilə qarşılaşacaq. Oyun Bakı vaxtilə saat 22:30-da başlayacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri