Mahir Emreli Messinin oynadığı çempionatda çıxış edə bilər
Icma.az, sport24.az saytına istinadən bildirir.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı daha bir transfer iddiası irəli sürülüb. Sport24.az xəbər verir ki, bu barədə "TransferFeed" məlumat yayıb.
27 yaşlı hücumçunun okeanın o tayına getmək ehtimalının olduğu yazılıb.
Forvardın karyerasını ABŞ-nin MLS Liqasında davam etdirə biləcəyi yönündə fərziyyələrin olduğu diqqətə çatdırılıb. Lakin Emrelinin Bundesliqada oynamaq istədiyi vurğulanıb.
MLS-də Lionel Messi, Luis Suares, Xordi Alba və bir sıra məşhur futbolçular çıxış edirlər.
Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə keçən Mahir Emreli II Bundesliqada 7, Almaniya Kubokunda 1 qola imza atıb.
Bu mövzuda digər xəbərlər:Mahir Emreli oynadı, komandası çempionatda ilk qələbəsini qazandı
11 Sentyabr 2026 22:12
Fərid Cəlalov: “Çempionatda komandalar bərabər səviyyədə çıxış edir”
01 Dekabr 2025 17:05
Bundesliqada çıxış edən iki klub Mahir Emreli ilə maraqlanır
29 Aprel 2025 10:45
SON DƏQİQƏ! Mahir Emreli hansı klubda çıxış edəcəyini açıqladı!
27 Fevral 2025 21:20
Səudiyyə Ərəbistanı Messiyə yerli çempionatda çıxış etməyə icazə verməyib
30 Oktyabr 2025 19:48
Baxış sayı:124
Bu xəbər 08 May 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















