Icma.az
close
up
RU
Mahir Emreli: “Yersiz tənqidlər olur” Video

Mahir Emreli: “Yersiz tənqidlər olur” Video

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mahir Emreli: “Yersiz tənqidlər olur” - Video

Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli haqqındakı tənqidlərə münasibət bildirib.

28 yaşlı hücumçu QOL.az saytına videomüsahibəsində özünün və digər hücumçuların milli komandada kifayət qədər məhsuldar olmamasının səbəbinə toxunub. 

O, bunu yığmanın çox sayda qol şansı yaratmaması ilə əlaqələndirib. Həmçinin Emreli obyektiv tənqidləri normal qəbul etdiyini vurğulayıb:

"Təbi ki, hücumçusansa, diqqət daha çox sənin üzərində olur. Ən çox tənqid olunan hücumçulardır. Bu da futbolda normal bir haldır. Amma bəzən bizim azarkeşlərimizdə elə düşüncə olur ki, millimizin üzvləri qol vurmur, tənqid edək. Əvvəlcə fikirləşməliyik ki, biz dayanmadan 10-15 epizod yaradan milli deyilik ki, hücumçularımızı niyə qol vurmurlar deyə tənqid edək. Təbii ki, azarkeşlər qol görmək istəyirlər. Bu, başadüşüləndir. Adekvat tənqidə veriləcək bir cavab yoxdur. Lakin bəzən yersiz, sadəcə nəsə deyilsin deyə edilən tənqidlər olur. Bu, istər azarkeşlər, istərsə də bəzi futbol nümayəndələri tərəfindən edilir. Həqiqətən də xoşagəlməz bir haldır. Çünki dediyim kimi, nə bizdən öncəki milli, nə də biz hər oyunda 10-15 epizod yaratmırıq ki, hücumçlar şansı əldən verdilər deyə tənqid olunsunlar. Burada əsəbiləşəcək, düşündürəcək bir məqam yoxdur.

Heç kim hücumçudan çox qol vurmaq istəmir. Milli komanda tamamilə fərqlidir. Millidə qol vurmaqdan çox nəticəyə oynamaq, qələbə qazanmaq önəmlidir. Bəzən neçə dəfə olub ki, komandaya kömək etmək üçün hücumdan müdafiəyə düşmüşəm. Bunlar hamısı millidə tələb olunan məqamlardır. Xüsusilə də bzim kimi yığmalarda önəmlidir. Ümid edirəm ki, 2026-cı ildə azarkeşlərimizin bu  fikirlərini az da olsa, dəyişə bilərik və qollar vuraraq onları sevindirərik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Yanvar 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri