Icma.az
close
up
RU
Mahir Emreli: Yığmada ölkəni sevməyən futbolçu yoxdur

Mahir Emreli: Yığmada ölkəni sevməyən futbolçu yoxdur

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Polşanın Krakov şəhərində Ukrayna yığması ilə qarşılaşıb. Oyundan sonra Azərbaycan millisinin futbolçusu Mahir Emreli Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.


- Millimizin Fransa və Ukrayna matçı haqda nə deyə bilərsən?

- Fransa ilə müdaifə futbolu oynadıq. Çalışırdıq rəqibin hücumlarının qarşısını alaq. Fransanın gücü hamıya bəllidir. Bizdən üstün rəqiblər belə Fransa yığmasına qarşı oyunda çətinlik çəkir. Ukrayna ilə oyunda komandanın istəyindən hiss olunurdu ki, yaxşı nəticə əldə etmək istəyirik. Yığmada ölkəni sevməyən futbolçu yoxdur. Sistem doğru olanda rəqibə qarşı istədiyimiz oyunu göstərə bilirik.

- Azarkeşlər Fransa ilə oyunda zəif çıxışına görə səni qınadılar. Həmin oyuna görə bu gün ehtiyatda qaldığını demək olar?

- İnanmıram Ayxan müəllim buna görə qərar versin. Əvvəldən danışılmışdı ki, Fransa ilə oyunda təcrübəli futbolçular lazım idi deyə mənə üstünlük verilmişdi. Fransızlarla matçda hər kəs əlindən gələni etdi. İnsanların narazı olduğu məqamı anlaya bilmirəm. Bəlkə də buna qarşı pozitiv yanaşmaq lazımdı. Fransaya 45 dəqiqə qol şansı verməmişdik. Meydanın içində özümüz inanmağa başlayırdıq ki, xal almaq olar (gülür). Amma rəqibin top səviyyəli futbolçuları var və oyunun taleyini də həll etdilər.

- İki oyunda çərçivəyə cəmi 2 dəqiq zərbə vurmuşuq. Bu, nə dərəcədə qələbə şansı yarada bilər?

- Zərbələrdən biri qol olub (gülür). Başa düşürəm ki, belə məqamlara diqqət yetirirsiz. Bir neçə ölkədə oynamışam. Media nümayəndələrinin ilk öncə neqativə, sonra isə, pozitivə baxdığının şahidi olmuşam. Əslində, bu, yaxşı şeydir. Nəzərə almalıyıq ki, Ayxan müəllimin üçüncü oyunudur. Ukrayna keçirilən iki oyunda böyük fərq hiss olunmadı. Sadəcə, yeni məşqçi, yeni sistem... Bizim birlikdə olmağa çox vaxtımız olmayıb. Tək mən yox, yerli çempionatda limitin ləğv olunduğu üçün bir neçə futbolçu komandasında daimi çıxış etmir. 

- İslandiyanın Fransa ilə heç-heçə oynadığından xəbəriniz oldu?

- Bəli, matç bitən kimi gördüm. Fransa və İslandiya kimi komandalar illərdir birlikdə oynayırlar. İndi baş məşqçimiz yerlidir. Mentalitetimizi bilir və bu da bizə əlavə motivasiya verir. Zamanla yaxşı milli olduğumuzu sübut edəcəyik. Ən azı bu rəqiblərlə başa-baş mübarizə apara bilərik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Oktyabr 2025 03:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri