Icma.az
close
up
RU
Mahir hara, yığma hara, cənab Santuş, can Santuş?! REPLİKA

Mahir hara, yığma hara, cənab Santuş, can Santuş?! REPLİKA

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Srağagün yığmanın baş məşqçisi Fernando Santuş AFFA-da keçirilən mətbuat konfransında Haiti və Belarusa qarşı keçiriləcək yoldaşlıq oyunları üçün heyətini açıqladı.

Hər şey yaxşı başladı. Portuqaliyalı mütəxəssisin dilindən azərbaycanlı futbolçuların adını eşitməyə başladıq. Düzdü, o, isimləri tələffüz etməkdə çətinlik çəkdiyindən siyahını tamamlasa belə, futbolçularının hamısının adını anlamaqda ciddi çətinliklə üzləşdim. Lakin AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədlinin yenidən adları sadalamasından sonra hər şey aydın oldu.
Rza Cəfərov, Şahruddin Məhəmmədəliyev, Aydın Bayramov... Çox gözəl... Yaxşı irəliləyirik... Xəyal Əliyev və Ağadadaş Salyanskinin də milliyə çağrıldığını eşidəndə sevincdən özümə yer tapa bilmədim. Gənc futbolçular ilk dəfə millimizin formasını geyəcək, bayrağımızın, himnimizin şərəfini qoruyacaq... Hətta 1-ci liqa təmsilçisi “Qəbələ”nin futbolçusu Şahin Şahniyarovun da bu sırada olduğunu eşidəndə sevincdən qanad açıb uçmaq üzrə idim... Amma... Ardınca Mahir Emrelinin adı səsləndi ki, Aşiq Ələsgər demişkən, sındı qol-qanadım, yanıma düşdü! Nə?! Mahir?! Yuxudayam?!
Təəssüf ki, yox... Cənab Santuş həmkarlarımın suallarına cavab verir, daha doğrusu, ittihamlardan yaxa qurtarmaq üçün sağa-sola vurnuxur, söz bazasını işə salır, ən ləzzətli vədlərlə vaxt qazanır, insanlığın ən böyük silahından istifadə edir: ümid verir...
Deməli, oyağam, yaşananlar qorxulu yuxu deyil... Deməli, Mahir milliyə dəvət alıb... Baxmayaraq ki, o, sonuncu dəfə ötən il dekabrın 31-də 90 dəqiqə meydanda olub. “Nürnberq”in futbolçusu son 5 matçın yalnız birində meydana çıxıb və 12 dəqiqə oynayıb. Birində əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında əyləşibsə, qalanında, ümumiyyətlə, iştirak ərizəsinə daxil edilməyib. Almaniyanın 2-ci bundesliqasında mövsümün ikinci yarısı yanvarın 19-da start götürüb. Mahir mümkün 8 matç, yəni 720 dəqiqə ərzində cəmi 174 dəqiqə top qovub. Hələ sonuncu qolunu ötən il noyabrın 3-də vurduğunu demirik. Oxucularımız onun “Nürnberq”dəki macəralarından da xəbərdardı.
Belədə Mahir hara, yığma hara, cənab Santuş, can Santuş?!
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Mart 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri