Icma.az
close
up
RU
Santuş və yığma Reykyavikdə biabır oldu

Santuş və yığma Reykyavikdə biabır oldu

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

DÇ-2026-nın seçmə mərhələsi
İslandiya - Azərbaycan 5:0 (1:0)

1. Elias Rafn Olafsson
3. Daniel Leo Qretarsson
5. Sverrir İnqason
4. Viktor Palsson
(19. Byarki Steinn Byarkason, 78)
23. Mikael Ellertsson
7. Hakon Haraldsson (k)
8. İsak Berqmann Yohannesso
16. Stefan Tordarson
(15. Villum Villumsson, 69)
10. Albert Qudmundsson
(20. Kristian Hlinsson, 69)
11. Yon Daqur Torsteinsson
(18. Mikael Anderson, 69)
22. Andri Qudyonsen
(21. Daniel Qudyonsen, 69)
Ehtiyat oyunçular
12. Hakon Valdimarsson
13. Anton Eynarsson
2. Loqi Tomasson
6. Gisli Tordarson
9. Saevar Atli Maqnusson
14. Torir Yohann Helqason
17. Brinyolfur Villumsson
Baş məşqçi: Arnar Qunnlauqsson
1. Şahruddin Məhəmmədəliyev
2. Rəhman Daşdəmirov
(17. Toral Bayramov, 55)
4. Bəhlul Mustafazadə
14. Elvin Bədəlov
(18. Cəlal Hüseynov, 62)
3. Elvin Cəfərquliyev
13. Abbas Hüseynov
(21. Qismət Alıyev, 72)
6. Səbuhi Abdullazadə
20. İsmayıl İbrahimli
(11. Ozancan Kökçü, 55)
8. Emin Mahmudov (k)
(7. Anatoli Nuriyev, 62)
10. Mahir Emreli
19. Nəriman Axundzadə
Ehtiyat oyunçular
12. Aydın Bayramov
23. Rza Cəfərov
5. Anton Krivotsyuk
16. Ceyhun Nuriyev
9. Renat Dadaşov
22. Musa Qurbanlı
15. Xəyal Əliyev
Baş məşqçi: Fernandu Santuş
Qollar: V.Palsson, 45+2 (1:0). İ.B.Yohannesso, 47 (2:0). İ.B.Yohannesso, 56 (3:0). A.Qudmundsson, 66 (4:0). K.Hlinsson, 76 (5:0).
Vərəqələr: R.Daşdəmirov, 30. A.Hüseynov, 72. M.Ellertsson, 84.
Hakimlər: SANDER VAN DER EYK, Rens Blümink, Stefan De Qrot, Mark Naqteqaal (hamısı Niderland).
VAR hakimi: Yeron Manşot (Niderland).
VAR hakiminin köməkçisi: Klay Ruperti (Niderland).
Hakim-inspektor: Toman Eynvaller (Avstriya).
UEFA nümayəndəsi: Marvin Robinson (İngiltərə).
5 sentyabr. Reykyavik, “Lyoyqartalsvyotlyur” stadionu. 4021 tamaşaçı.
Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki mübarizəsi Reykyavikdə start götürdü. D qrupu çərçivəsində keçirilən matç İslandiyanın təzyiqiylə başlasa da, müdafiə xəttində etibarlı oyun nümayiş etdirən yığmamız asanlıqla "ağ bayraq" qaldırmaq niyyətində olmadığını ortaya qoydu. Hətta daha diqqətli davransaq, ilk 5 dəqiqədə qazanılan fürsətləri dəyərləndirə bilərdik. Sadəcə, əvvəl Nəriman oyundankənar vəziyyətdə olduğundan bəxtini sınaya bilmədi. Elvinin sol cinahdan cərimə meydançasına ötürmə etməsi sayəsində ələ keçən şans isə Mahirin Olafssona toxunması ucbatından əldən çıxdı. Belədə qapıyazərbəylə tamamlanan ilk epizoda meydan sahiblərinin ifasında şahidlik etdik. Xoşbəxtlikdən, 9-cu dəqiqədə qeydə alınan hücum Qudyonsenin ötürməsini qarşılayan Haraldssonun başla endirdiyi qeyri-dəqiq zərbəylə tamamlandı. Düzü, İslandiya hesabı açan tərəf olmaq yönündə nə qədər israrlı görünürdüsə, müdafiə olunmağa üstünlük verən yığmamız da ilk 25 dəqiqənin 77 faizini topa sahibolmaqla keçirən rəqibi sevindirməməkdə o qədər israrlı idi. Ancaq meydan sahiblərinin buna qədər arzusuna çata bilməməsi təkcə bizimkilərlə əlaqəli deyildi. Ona görə ki, meydan sahibləri 24-cü dəqiqədə ələ keçən fürsəti də özləri puç etdi. Daha doğrusu, Yohannesso Haraldssonun çatdırdığı topu qeyri-dəqiqlik üzündən tora qovuşdura bilmədi.
Yığmamızın meydandakı varlığını isə 26-cı dəqiqədə hiss etdik. "Ev tapşırığı" fonunda künc zərbəsi yerinə yetirən milli Emin-İsmayıl-Mahir kombinasiyası sayəsində hesabı açmağa yaxın idi ki, top sonuncunun başla zərbəsindən sonra tirin üstündən keçdi. Əslində, yığmamız 38-ci dəqiqədə də təhlükəli epizod nümayiş etdirə bilərdi. Sadəcə, Abbas Eminin cərimə meydançasına göndərdiyi topa başla yöndəmsiz zərbə endirməklə yadda qaldı. Hər halda, daha tutarlı hücum cəhdlərinə imza atan meydan sahibləri fasiləyə qədər hesabı açmağa müvəffəq oldu. Başqa sözlə, İslandiya 45+2-ci dəqiqədə Qudmundssonun künc zərbəsindən göndərdiyi topu Palssonun başla tora qovuşdurması sayəsində paltardəyişmə otağına xoşbəxt yollandı. Kaş qayıtmazdılar...
İslandiya ikinci hissədə millimizə cəhənnəm yaşatdı. Meydan sahibləri fasilədən qayıdar-qayıtmaq, dəqiqi, 47-ci dəqiqədə fərqi artırdı. Düzdü, Şahruddin əvvəlcə Qudyonsenin ötürməsi sayəsində fərqlənməyə çalışan Torsteinssonu zərərsizləşdirə bildi. Ancaq Yohannessonun meydanda qalan topu başla "çərçivə"yə göndərməsinə qarşı çıxmaq mümkün olmadı. Qudmundssonun tirin xeyli üstündən keçən zərbəsindən sonra ruhdan düşməyən, növbəti hücumunu reallaşdıran İslandiya fərqi darmadağın həddinə çatdırdı. Buna 56-cı dəqiqədə Yohannessonun Torsteinssonla "divar paslaşması"ndan sonra dubl etməsi səbəb oldu. Əlbəttə, burda Elvin, Bəhlul və Səbuhinin aciz çıxışının da rolunu qeyd etməliyik. Bəs, Şahruddin? O hələ Torsteinssonu zərərsizləşdirmək məqsədilə irəli atılanda yerdə qalmışdı...
Düzdü, artıq nəinki qələbə, heç-heçə haqda düşünmək belə yumşaq dildə desək, tragikomik olardı. Ancaq İslandiyanın daha iki qol vurması nəticəni faciəyə çevirdi. Bəli-bəli, meydan sahibləri 67-ci dəqiqədə müdafiəçilərimizin, xüsusən, Bəhlulun diqqətsizliyindən maksimum faydalaraq hesabı 4:0 etdi. Bu dəfə Qudmundsson Haraldssonun ötürməsi sayəsində adını tabloya yazdırdı. Yekun hesabı təyin edən qol isə 76-cı dəqiqədə vuruldu. Hlinssonun təxminən 30 metr məsafədən yerinə yetirdiyi cərimə zərbəsi sayəsində top birbaşa "çərçivə"dən keçdi. Yaxşı ki, qola doyan İslandiya qalan vaxtda millimizi daha böyük rəzilliklə üz-üzə qoymadı. Beləliklə, millimiz tarixinin növbəti biabırçı nəticəsiylə barışmalı oldu...
KƏNAN BAHADIR
Gözdən qaçmadı
* Biz, yəni azərbaycanlı jurnalistlər stadiona çatanda Bakı vaxtı ilə 21.00 idi. Heç bir azarkeş gözə dəymirdi. Reykyavik üçün xarakterik olan yağış tezliklə kəsdi, bu yöndə narahatlıq aradan qalxdı. 21.10-da hakimlər briqadası qazonun vəziyyətini yoxladı. Start fitinə 45 qalmış Azərbaycan yığmasının oyunçuları isinmə hərəkətlərinə çıxdı.
* Yığmamızı “Milli dəstə”nin beş üzvü dəstəkləyirdi. Oyun başlayana yaxın say 12-yə çatdı. Ənənəvi böyük təbil, ölkəmizin 6 bayrağı da öz yerində. “Milli dəstə” 75-ci dəqiqədən sonra tribunanı tərk etdi. Doğrudan da, yığmanın belə biabırçı oyununa dözmək çətin idi
* Oyundan əvvəl Birkir Byarnasonun futboldan yolasalma mərasimi keçirildi. İslandiya yığmasının AÇ-də, ümumiyyətlə, beynəlxalq turnirlərdə ilk qolunun müəllifi alqışlar altında yola salındı.
* Yerli futbolçuların topu autdan oyuna daxil edərkən topdaşıyan uşaqlardan dəsmal alması da maraqlı mənzərə idi.
MAHİR, Reykyavik

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Sentyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see248

Qarabağ dan kimlər gedir, kimlər gələcək? Qurban Qurbanov danışdı

21 İyun 2026 12:21see243

Almaniya Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

21 İyun 2026 04:11see220

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

20 İyun 2026 11:51see220

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see219

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see218

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see218

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see210

“ Niyə yadplanetlilər Yerə tələsmir?“ Alimlır 3 əsas səbəbi açıqlayıb

20 İyun 2026 15:51see188

200 sərnişin Bakıya gəldi, baqajları İstanbulda qaldı BİABIRÇI HADİSƏ

20 İyun 2026 22:50see173

Bu ağrıya ciddi yanaşın! İnfarkt əlaməti ola bilər

20 İyun 2026 17:55see172

Cim Kerri yenidən Qrinç rolunu oynamağı düşünür...

20 İyun 2026 21:14see170

AFFA da iclas günü

20 İyun 2026 14:04see169

Pakistanın Baş naziri və ordu komandanı ABŞ İran danışıqları üçün İsveçrəyə uçub

21 İyun 2026 02:00see166

“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır“ Taleh Yəhyayevdən ŞOK sözlər

21 İyun 2026 10:17see166

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

20 İyun 2026 20:49see164

İnfarktdan sağ çıxanlar: Bir neçə saat əvvəl bunu yeyiblər

21 İyun 2026 01:55see162

Niderland İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

21 İyun 2026 04:26see161

Gözlənilməz an: Aygün Kazımova belə reaksiya verdi VİDEO

20 İyun 2026 16:49see160

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri