Mahir “Seul”a gedir, ya yox? “Nürnberq”in idman direktorundan müdrik cavab
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Mahir Emrelinin “Nürnberq”i “Seul”a dəyişib-dəyişməyəcəyi haqda sualın cavabı həm bu bu komandaların azarkeşləri, həm də Azərbaycan futbol ictimaiyyəti üçün maraqlıdı.
“Football-plus.az” xəbər verir ki, “Bild” bu məqama aydınlıq gətirmək məqsədilə 2-ci bundesliqa təmsilçisinin idman direktoru Yoti Çatzialexiouyla əlaqə saxlayıb. Funksioner almaniyalı həmkarlarımızın soğrusuna cavab olaraq bildirib ki, Koreya təmsilçisiylə klub arasında danışıqlara start verilməyib:
“Hələ ki bu yöndə yenilik yoxdu. Mahir düşərgəmizdədi və məşqlərdə iştirak edir. O, indi “Seul”dan gələ biləcək təklifi yox, komandanın növbəti tur çərçivəsində matçında oynayıb-oynamayacağını götür-qoy etməli və qərarına uyğun addımlar atmalıdı. Biz onun qollar vurmasını istəyirik”.
Xatırladaq ki, “Bild”in iddiasına görə, “Nürnberq” Mahiri heyətində görmək istəyən klubların 500 min avro ödəməli olduğunu bildirib. “Nürnberq” martın 3-də keçiriləcək 24-cü tur matçında “Hannover 96”nı qəbul edəcək.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 Fevral 2025 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















