“Nürnberq”in idman direktorundan Mahir Emrelinin ayrılığı ilə bağlı AÇIQLAMA
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın "Nürnberq" klubunun idman direktoru Joti Xatsialeksiu cari mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə vidalaşmalarına münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, II Bundesliqa təmsilçisinin rəsmisi bu barədə klubun saytına açıqlama verib.
O, 27 yaşlı hücumçuya gələcək karyerasında uğurlar arzulayıb:
"Müqavilə müddəti mövsümün sonunda bitəcək oyunçularla bağlı tez qərar vermək bizim üçün vacibdir. Mahirlə yaydan sonra münasibətlərimizi davam etdirməməyə razılaşdıq. Ona bu mövsüm göstərdiyi səylərə, xüsusən də fədakarlığına görə təşəkkür edirəm".
Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə keçən Mahir Emreli II Bundesliqada yeddi, Almaniya Kubokunda bir qola imza atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 06 May 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















