Icma.az
close
up
RU
Mahir Şükürov: “Yalnız “Kəpəz”də deyil, bir neçə klubda pulları basıb yeyirlər” İdman və Biz

Mahir Şükürov: “Yalnız “Kəpəz”də deyil, bir neçə klubda pulları basıb yeyirlər” İdman və Biz

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Vidadi Rzayevə həm şəxs, həm də futbolçu kimi böyük hörmətim var. İnanmıram ki, ömrünü futbola həsr edən biri yalan desin”.

İdman.biz xəbər verir ki, bunu apasport.az saytına Mahir Şükürov deyib.

Millinin sabiq üzvü Vidadi Rzayevin “Gəncədə uşaq futboluna ayrılan pulları basıb yeyirlər” fikrinə münasibət bildirib: “Uşaq futboluna ayrılan pulları kimsə mənimsəyirsə, deməli inkişaf istəmir. Vidadi müəllimin dediyi söz yalnız “Kəpəz”ə aid deyil. Bir neçə klubda da pulları basıb yeyirlər. Hər şey göz qabağındadır. Dünyada hər kəs uşaq futboluna yönəlib. Bizim akademiyalarda isə futbolçu yetişmir. İşə ciddi yanaşsalar, nəsə etmək olar. Uşaq futbolunun durumu acınacaqlıdır. Maliyyə cəhətdən də problemlər çoxdur. Premyer Liqaya xərclənən pulların heç olmasa yarısı uşaq futboluna ayrılmalıdır. Gələcəyi qurmaq lazımdır. Onsuz da avrokuboklarda “Qarabağ”dan başqa nəticə verən klubumuz yoxdur”.

Veteran futbolçu məşqçilik barədə düşünmədiyini də bildirib: “Şəxsən özüm heç vaxt baş məşqçi olmaq istəməmişəm. İstəsəm, çoxdan bu sahədə çalışardım. Məşqçi olmaq üçün gərək psixologiyanı anlayasan, futbolçularla çalışmağı bacarasan. Demirəm ki, bunlar məndə yoxdur. Sadəcə baxın, PRO kateqoriyalı o qədər məşqçilərimiz var ki, əksəriyyəti klubsuzdur. Əlinin altında material olmasa, alınan deyil. Material olmadan məşqçi kimi çalışmaq istəmərəm. Yaxşı heyətin olmasa, Premyer Liqada aşağı yerlər uğrunda mübarizə aparacaqsan. Beləcə də, klub rəhbərliyi ilə "üz-göz olub", komandanı tərk edəcəksən. Nəticədə başqa kluba təyin olunacaqsan, bu, belə də davam edəcək. Amma yanlışdır. Mütəxəssislə 5 illik müqavilə imzalanmalıdır. Uduzsan da, udsan da işinə davam etməlisən. Həmin inam yalnız Qurban Qurbanova verilib. Hazırda da “Zirə” Rəşad Sadıqova belə şans həvalə edib. Başqa hansı klubumuzda bu cür hal var ki?”.

Qeyd edək ki, Vidadi Rzayev daha öncə mətbuata açıqlamasında Gəncə futbolunda xoşagəlməz halların olduğunu bildirib. O, şəraitsizlik səbəbindən yarışlara gedə bilmədiklərini vurğulayıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Noyabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri