Icma.az
close
up
RU
Mahir Şükürov: “Yalnız “Kəpəz”də deyil, bir neçə klubda pulları basıbyeyirlər”

Mahir Şükürov: “Yalnız “Kəpəz”də deyil, bir neçə klubda pulları basıbyeyirlər”

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Vidadi Rzayevə həm şəxs, həm də futbolçu kimi böyük hörmətim var. İnanmıram ki, ömrünü futbola həsr edən biri yalan desin”. 

Bu sözləri apasport.az saytına açıqlamasında Mahir Şükürov deyib.

Millinin sabiq üzvü Vidadi Rzayevin “Gəncədə uşaq futbolunda ayrılan pulları basıb-yeyirlər” fikrinə münasibət bildirib:

“Uşaq futboluna ayrılan pulları kimsə mənimsəyirsə, deməli inkişaf istəmir. Vidadi müəllimin dediyi söz yalnız “Kəpəz”ə aid deyil. Bir neçə klubda da pulları basıb yeyirlər. Hər şey göz qabağındadır. Dünyada hər kəs uşaq futboluna yönəlib. Bizim akademiyalarda isə futbolçu yetişmir. İşə ciddi yanaşsalar, nəsə etmək olar. Uşaq futbolunun durumu acınacaqlıdır. Maliyyə cəhətdən də problemlər çoxdur. Premyer Liqaya xərclənən pulların heç olmasa yarısı uşaq futboluna ayrılmalıdır. Gələcəyi qurmaq lazımdır. Onsuz da avrokuboklarda “Qarabağ”dan başqa nəticə verən klubumuz yoxdur”. 

Veteran futbolçu məşqçilik barədə düşünmədiyini də bildirib: “Şəxsən özüm heç vaxt baş məşqçi olmaq istəməmişəm. İstəsəm, çoxdan bu sahədə çalışardım. Məşqçi olmaq üçün gərək psixologiyanı anlayasan, futbolçularla çalışmağı bacarasan. Demirəm ki, bunlar məndə yoxdur. Sadəcə baxın, PRO kateqoriyalı o qədər məşqçilərimiz var ki, əksəriyyəti klubsuzdur. Əlinin altında material olmasa, alınan deyil. Material olmadan məşqçi kimi çalışmaq istəmərəm. Yaxşı heyətin olmasa, Premyer Liqada aşağı yerlər uğrunda mübarizə aparacaqsan. Beləcə də, klub rəhbərliyi ilə üz-göz olub, komandanı tərk edəcəksən. Nəticədə başqa kluba təyin olunacaqsan, bu, belə də davam edəcək. Amma yanlışdır. Mütəxəssislə 5 illik müqavilə imzalanmalıdır. Uduzsan da, udsan da işinə davam etməlisən. Həmin inam yalnız Qurban Qurbanova verilib. Hazırda da “Zirə” Rəşad Sadıqova belə şans həvalə edib. Başqa hansı klubumuzda belə hal var ki?”

“Barselona"nın prezidenti Azərbaycanın yeniyetmə futbolçuları ilə görüşüb Sabah Fernandu Santuşun mətbuat konfransı keçiriləcək Elvin Cəfərquliyev millinin heyətindən çıxarıldı - SON DƏQİQƏ X turun oyun cədvəli açıqlanıb Millimizin Estoniya ilə bərabərliyi - GENİŞ İCMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://apasport.az
archiveBu xəbər 18 Noyabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri