Icma.az
close
up
RU
Mahirə Əskərin “İstiklal Şairi Halil Rıza Ulutürk” kitabı Türkiyədə çap olundu

Mahirə Əskərin “İstiklal Şairi Halil Rıza Ulutürk” kitabı Türkiyədə çap olundu

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Xəlil Rza Ulutürkün həyat və yaradıcılığına həsr olunmuş yeni tədqiqat əsəri işıq üzü görüb. Azərbaycanlı tədqiqatçı Mahirə Əskərin qələmə aldığı “İstiklal Şairi Halil Rıza Ulutürk” adlı kitab Türkiyədə nəşr olunub.

525.az xəbər verir ki, kitabda Xəlil Rza Ulutürkün ədəbi irsi, milli-ideoloji baxışları, vətənpərvər mövqeyi və istiqlal uğrunda mübarizəsi geniş şəkildə təhlil olunur. Müəllif, şairin yaradıcılığını həm poetik üslub, həm də ictimai-siyasi məzmun baxımından araşdıraraq onun Azərbaycan milli poeziyasında tutduğu mövqeyi elmi əsaslarla ortaya qoyur.

Xüsusilə qeyd edilməlidir ki, bu əsər Xəlil Rza Ulutürklə bağlı Türkiyədə yazılmış ilk tədqiqat işidir. Bu fakt kitabın elmi və mədəni əhəmiyyətini daha da artırır. Məhz bu baxımdan Mahirə Əskərin tədqiqatı həm Türkiyə, həm də Azərbaycan ədəbiyyatşünaslığı üçün mühüm addım hesab olunur.

Mahirə Əskər kitabda Xəlil Rzanın yalnız bir şair deyil, həm də publisist, tərcüməçi, ziyalı və milli ideallara sadiq bir maarifçi kimi portretini təqdim edir. Eyni zamanda, müəllif onun Birinci Qarabağ müharibəsi dövründəki fəaliyyəti, ön cəbhəyə səfərləri, əsgərlərlə görüşləri və çıxışlarını da xüsusi vurğulayır.

Xatırladaq ki, Xəlil Rza Ulutürk XX əsr Azərbaycan poeziyasının ən önəmli simalarından biri sayılır. Onun həyat və yaradıcılığı, istiqlal uğrunda apardığı mübarizə, millətinə, dilinə və mədəniyyətinə olan bağlılığı onu xalqın yaddaşında dərin iz salmış bir şəxsiyyətə çevirib. 1994-cü ildə vəfat edən şair bu gün də həm Azərbaycan, həm də türk dünyasında hörmətlə yad olunur.

“İstiklal Şairi Halil Rıza Ulutürk” kitabı gələcək nəsil tədqiqatçılar üçün mühüm bir elmi mənbə və istinad nöqtəsi olmaqla yanaşı, iki qardaş ölkə arasında ədəbi-mədəni körpünün daha da möhkəmlənməsinə xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 28 May 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri