Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qax, 20 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının bölgələrdə keçirdiyi konfransların, tədbirlərin hamısı “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşır. Biz dövlətimizin, torpaqlarımızın bütövlüyü, bütöv Azərbaycan uğrunda mübarizəyə hər zaman hazır olmuşuq və indi də hazırıq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon icmasının sədri, professor Mahirə Hüseynova Qaxda keçirilən konfransda jurnalistlərə müsahibəsində söyləyib.
Tarixi torpaqlarımıza qayıdışla bağlı maarifləndirmə tədbirlərinin önəmli olduğunu vurğulayan professor deyib: “Öz ata-baba torpaqlarından məcburi çıxarılmış, köçürülmüş, öz doğma yurd-yuvalarından, dağlarından, bulaqlarından, çaylarından məcburi aralanmış insanların birliyinin zamanıdır və hər kəs haqq səsini ucaldaraq öz torpaqlarına qayıtmaq istəyir. Bugünkü sərgidə bir çox sənədlə tanış olduq, baxdıq. Onların əksəriyyəti doğum, təhsil haqqında şəhadətnamələrdir. Bu sənədlərin hamısı Qərbi Azərbaycanın Dərələyəz, Göyçə və digər mahallarında verilib. Biz öz hüququmuzdan istifadə etmək istəyir və dünyaya haqq səsimizi ucaldaraq deyirik: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik. Heç kəslə heç zaman heç bir torpaq iddiamız yoxdur. Öz evimizə, kəndimizə, öz yurdumuza qayıtmaq istəyirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 20 Aprel 2025 05:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















