Icma.az
close
up
RU
Mahmud Qurbanov: “Neftçi”də dəyişiklik vacibdir” MÜSAHİBƏ İdman və Biz

Mahmud Qurbanov: “Neftçi”də dəyişiklik vacibdir” MÜSAHİBƏ İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Mahmud Qurbanovun İdman.biz-ə müsahibəsi

- Misli Premyer Liqasında 15-ci turda Azərbaycan derbisində “Qarabağ” “Neftçi”ni 3:0 hesabı məğlub etdi. Oyunu necə dəyərləndirərdiz?
- Təbii ki, bu, turun mərkəzi oyunu idi. Avropa Liqasında “Lion”a məğlubiyyətindən sonra “Qarabağ”a qələbə qazanmaq vacib idi. Onların asanlıqla qələbə qazandığını deməzdim. “Qarabağ” “Neftçi”nin müdafiəsində olan səhvlərdən məharətlə istifadə etdi. Oyuna isə rəng qatan azarkeşlər oldu.

- Artıq 9 matçdır ki, “Qarabağ” “Neftçi”yə qalib gəlir. Oyunların əksəriyyətində ağdamlılar rəqiblərini böyük hesabla məğlub ediblər. Sizcə, bu dueldən Azərbaycan derbisi adını çıxmağın vaxtı deyil?
- Əfsuslar olsun ki, “Neftçi” bu gün “Qarabağ”la rəqabət aparacaq gücdə deyil. Əvvəllər bu oyuna maraq daha böyük idi. Çempionluq uğrunda mübarizə gedirdi. Amma son zamanlar “ağ-qaralar” uğurlu çıxış etmir. Yalnız 1 dəfə çempion oldular. Hər zaman “Neftçi” iddialı olub. Hamı bunu belə gördüyü üçün indi də bunun belə olmasını istəyir.

- Samir Abasovun baş məşqçi təyin olunmasından sonra “Neftçi”də hansısa dəyişiklik hiss olunur?
- Onun gəlişi ilə 9 oyunluq qələbəsizlik seriyasına son qoyuldu. Komanda xallar qazanmağa başladı. Bakılılarda istək var. Bu dəqiqə “Neftçi”yə baxımlı oyun yox, daha çox nəticə lazımdır. Xallar topladıqdan sonra oyunu da yaxşılaşdırmaq olar. İndi onlara yaxşı və ya pis oynamaq önəmli deyil.

- Sizcə, qış fasiləsindən sonra fərqli “Neftçi” izləyə biləcəyik?
- Qışda yəqin ki, dəyişikliklər olacaq. Bunu indidən demək çətindir. Amma düşünürəm ki, “Neftçi”də dəyişiklik vacibdir. Bunu etməlidirlər ki, avrokuboklara düşmək şansları olsun. Bütün mövqelərdə yeni, yaxşı futbolçulara ehtiyac var.

- “Neftçi” liderlərdən xal baxımından çox geri qalır. Onların turnir cədvəlində 8-ci pillədə olmasını nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq nə qədər real görünür?
- Təbii ki, bu mövsüm avrokuboklara vəsiqə qazanmaq “Neftçi” üçün uğur sayılacaq. Bunu da kubokda yaxşı çıxışla etmək mümkündür. Çempionatda isə liderlərlə müqayisədə xal fərqi çox olsa da, qışdan sonra klubların necə təsir bağışlayacağını indidən bilmək çətindir. Bu baxımdan hər şey mümkündür.

Emin Ağa
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri