Icma.az
close
up
RU
Qurban Qurbanov: Futbol və siyasi baxımdan bu, çox vacibdir MÜSAHİBƏ İdman və Biz

Qurban Qurbanov: Futbol və siyasi baxımdan bu, çox vacibdir MÜSAHİBƏ İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Kəpəz”ə qarşı keçirilən yoxlama oyunundan (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz Futbolxeber.az-a istinadən müsahibəni təqdim edir:

- Əvvəcə hazırlığın gedişi və bugünkü oyun barədə fikirlərinizi bölüşərdiniz.
- Çox az vaxtdır yığışmışıq. Hələ hazırlığın az bir hissəsini geridə qoymuşuq. Bu günlərdə istədik ki, bir oyun keçirək və futbolçulara şərait yaradaq. Oyunçulara tapşırmışdıq ki, təsləməsinlər, ehtiyatlı oynasınlar. Hazırlıq üçün vaxtımız çox azdır. Bugünkü oyun komanda üçün faydalı oldu. Azər Bağırova təşəkkür edirəm ki, təklifimizi qəbul etdilər və bizimlə bu oyunu keçirdilər. Yanvarın 12-də “Zirə” ilə növbəti oyunu keçirəcəyik. Əsas odur ki, 17-də və 23-dəki oyunlara komandanı normal vəziyyətə gətirək.

- Zədəli futbolçuların vəziyyəti necədir?
- Bədavi Hüseynov hələ komanda ilə məşq etmir. Bəhlul və Veşoviçə bugün 20-25 dəqiqə şərait yaratdıq. Zubirin neçə gündür temperaturu var idi. Yavaş-yavaş tam bərpa olunurlar. Aleksey İsayev də əməliyyat olunub, lakin ilk gündən məşq edir. Ona da ehtiyalı olmağı tapşırmışdıq.

- Benzianın yoxluğu nə ilə əlaqədardır?
- Anasının durumu ağırdır. Ona görə hələ qayıtmayıb. Xəbər göndərdi və biz də razılaşdıq ki, hələlik anası ilə olsun. Nə vaxt geri qayıdacağı hələ bilinmir.

- “Kəpəz”lə oyunda “Qarabağ” akademiyasının da bir neçə futbolçusuna şans verdik. Gənclərdən nə dərəcədə razısınız?
- Bir neçə futbolçu bizimlə məşqlərdə iştirak edir. Hələ daha çox çalışmalıdırlar. İstəklidilər, çalışqandılar, lakin daha diqqətli olmalıdırlar.

- Juninyonun transferi ilə bağlı son durum necədir?
- Hələ konkretləşməyib. Bəzi nüanslar var. Oyunçunun özünün istəyi də vacibdir. Əvvəl “Sevilya” ilə danışılmışdı. Sonra “Flamenqo” da təklif göndərdi. Danışıqlar gedir. Yəqin ki, qarşıdakı günlərdə məsələ yekunlaşacaq.

- Yeni transfer gözlənilirmi?
- Çox istəyirik. İşimizin daha çox hissəsini yeni oyunçulara ayırmışıq. Hələ ki alınması real görünmür. Son günlərin danışıqlarına görə belə deyirəm. Hələ vaxtımız var. Çalışacağıq nəsə edək.

- Avroliqadakı oyunların Juninyonun mümkün gedişinə təsiri oldu?
- Bəzən futbolçuları da, təklif göndərən klubu da nəzərə almaq lazımdır. Həm “Sevilya”, həm də “Flamenqo”ya futbolçumuzun gedişi “Qarabağ”ın böyüməsi, bu kluba diqqətin artırılması deməkdir. Son günlərdə İspaniya və Braziliya mətbuatında “Qarabağ” və Azərbaycan futbolu haqda xeyli müzakirələr gedir. Artıq digər futbolçularımızı da analiz edirlər. Keçmiş və indiki formaları müzakirə olunur. Ola bilər biz futbolçunu itirəcəyik. Lakin klub bu transferdən böyük uğur əldə edəcək. Yeni oyunçular da gələcəkdə “Qarabağ”a daha rahat gələcəklər. Hərtərəfli baxsaq, futbol və siyasi baxımından bu, çox vacibdir.

- Nəzərə alsaq ki, Redon Cica da Avroliqa oyunları üçün transfer olunmayıb, o zaman hücum xəttindəki problemləri necə həll etməyi düşünürsünüz?
- Variantlarımız var. Hansısa addım atmalıyıq. Dəfələrlə belə hallar olub və çıxış yolu tapmışıq. O mövqedə oynayan futbolçular var.

- Sizin üçün Juninyonun “Sevilya”ya, yoxsa “Flamenqo”ya getməyi önəmlidir?
- Əlbəttə, futbolçunun istəyi çox önəmlidir. Bəlkə bizim üçün “Sevilya” daha maraqlı olardı. Avropadır, bizə bəlkə daha yaxındır. Köklü klubdur. Dəvət etdiyimiz futbolçular da ispan, portuqal futboluna yaxındırlar. Lakin “Flamenqo” da köklü klubdur. Ronaldinyo kimi futbolçu ordan çıxıbsa, deməli, o klubun da böyük iş prinsipləri var. Mənim üçün ciddi fərqi yoxdur. Əsas oyunçunun ürəyincə olsun. O klubdakı perspektivi daha yaxşı olsun.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Yanvar 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see263

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see160

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see130

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see125

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri